Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron poçtlarımız izləniləcək?!


Federal Təhlükəsizlik Bürosunun (FTB) məsləhətçisi Endrü Vayssman 2013-cü ildə iri internet xidmətlərin monitorinqini FTB üçün əsas prioritet adlandırıb. Mütəxəssis Amerika Hüquqşünaslar Assosiasiyasında bu cür bəyanatla çıxış edib.

Endrü Vayssman bildirib ki, internet messencer və poçtdan istifadə edən cinayətkarları effektiv izləmək üçün hüquq-mühafizə orqanlarının əlində hüquqi baza yoxdur. ABŞ xüsusi xidmət orqanları məhkəmənin qərarına əsasən, istifadəçinin fəaliyyətini internet provayder səviyyəsində izləyə bilər. Lakin iri internet xidmətlərin əksəriyyəti internet operatorların kanalları üzrə ötürülən məlumatları şifrələyirlər, nəticədə informasiyanın bir hissəsi FTB üçün əlçatmaz olur.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Vayssman xüsusi xidmət orqanlarına əlçatmaz xidmətlər qismində "Gmail" poçt müştərisi, "Google Voice" və "Skype" səsli çatları və "Dropbox" fayl anbarını nümunə kimi göstərib.

Məsləhətçi, həmçinin qeyd edib ki, cinayətkarlar bəzən onlayn oyunlarda daxili çatlardan istifadə edirlər. 1994-cü ildə qəbul edilmiş "CALEA" qanunvericilik aktına əsasən, Amerika provayderlərinin texniki avadanlıq quraşdırmaları tələb olunur və məhkəmənin qərarına əsasən, xüsusi xidmət orqanları onların köməyi ilə internet istifadəçini izləyə bilər. Lakin "CALEA" qanunvericilik aktının internet xidmətlərə aidiyyəti yoxdur.

Emil Hüseynov




28/03/13    Çap et