Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bulud” texnologiyaları sayəsində milyonlarla yeni iş yeri yaradılacaq


"IDC" tədqiqat şirkətində çalışan analitiklərin proqnozlarına görə, 2015-ci ilədək "bulud" texnologiyaları sayəsində dünyada 14 milyondan çox iş yeri yaradılacaq və həmin vaxtadək belə texnologiyalardan əldə olunan mənfəət 1,1 trilyon dolları ötəcək.

"İCTnews" elektron xəbər xidməti bildirir ki, "bulud" sistemlərinin tətbiqi nəticəsində ən çox yeni iş yerləri inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Çin və Hindistanda yaranacaq. Belə ki, mütəxəssislərin proqnozlarına görə, 3 ildən sonra "bulud" texnologiyaları sahəsində 4 milyondan çox çinli işləyəcək. Hindistanda "bulud" texnologiyaları sayəsində 2,75 milyon peşə yaranacaq.




 
EMİL





05/04/12    Çap et