Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” yeni mini-kompyuteri haqqında ətraflı məlumat verib


“İntel” şirkəti yüksəkməhsuldarlıqlı “NUC” (Next Unit of Computing) mini-kompyuteri haqqında ətraflı məlumat verib. Qeyd edim ki, mini-kompyuter ilk dəfə cari ilin aprelində keçirilmiş “Penny Arcade Expo” oyun sərgisində təqdim edilmişdi.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən  bildirir ki, “NUC” mini-kompyuterinin bütün komponentləri 10×10 sm ölçülü lövhədə yerləşir.

Qurğu “İntel Core i3” və ya “i5” (Sandy Bridge)  prosessorları, “Thunderbolt”, “HDMI” və “USB 3.0” interfeysləri, “İntel HD 3000” qrafik nüvəsi ilə təchiz olunub. Əməli yaddaş üçün ayrılmış iki slota “SO-DIMM” modulları quraşdırmaq olar.“NUC” mini-kompyuterinin qiyməti rəsmi olaraq bildirilməyib.
 





EMİL





03/05/12    Çap et