12px13px15px17px
Tarix:11/04/12

Afrikalı “Twitter” sayəsində xilas olub

Cənubi Afrika Respublikasının (CAR) sakini "Twitter"in sayəsində xilas olub. O, İohannesburq yaxınlığındakı yerli yollardan birində silahlı quldurlar tərəfindən oğurlanıb. Hadisə belə baş verib: afrikalı "Volkswagen Golf 3" maşınında hərəkət edərkən silahlı quldurlar onu yolda saxlayıblar.

Quldurlar afrikalı kişini qorxudaraq avtomobildən çıxmağa və yük hissəsinə keçməyə məcbur ediblər. Bundan sonra quldurlar maşını naməlum istiqamətdə sürüblər.

"İCTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən  bildirir ki, quldurlar afrikalının üst-başını axtarmayıblar, buna görə də afrikalı kişi qız dostuna "SMS" göndərmək üçün mobil telefonundan istifadə edib. Qız dostu isə polisə zəng vurmaq əvəzinə, baş vermiş hadisə haqqında "Twitter" xidmətində mesaj dərc edib. Mesajda, həmçinin  avtomobilin nömrəsini qeyd edib.

Mesaj Cənubi Afrikada məşhur olan "@pigspotter" hesabı tərəfindən ələ keçirildikdən sonra qızın "tvit"-i 100 min abunəçiyə göndərilir və  yerli avtomobil sahibləri yollarda yerləşən polis postları haqqında məlumatlandırılır. Nəticədə siqnal əsasında oğurlanmış afrikalının yeri təyin edilir. Nəhayət, kömək edənlərin birgə səyi nəticəsində avtomobil hadisə yerindən 240 km məsafədə saxlanılıb. Quldurlar qaça biliblər, lakin afrikalı xilas olub.
 
EMİL




Baxış sayı: 1426

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024