12px13px15px17px
Tarix:15/05/12

Azərbaycanın qaz kompressor stansiyalarında avtomatik idarəetmə sistemləri quraşdırılır

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin qaz kompressor stansiyalarının müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, stansiyalarda müasir tipli avtomatik idarəetmə sistemlərinin quraşdırılması ilə bağlı genişmiqyaslı işlər görülür. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə birliyin yaydığı məlumatda deyilir.

Qaz kompressor stansiyalarında blok-konteyner tipli qazötürücü aqreqatlar quraşdırılır. Bütün sistemlər - avadanlıqlar, nəzarət-ölçü cihazları, kabellər, köməkçi sistemlər və s. təftiş olunaraq təmir-bərpa, sınaq və sazlama işləri aparılır və  qazötürücü aqreqatlar tam işlək vəziyyətə gətirilir.

Stansiyaların etibarlı və dayanıqlı işləməsinin təmin edilməsi üçün qazötürücü aqreqatlarda müasir tipli avtomatik idarəetmə sistemlərinin quraşdırılması istiqamətində layihələndirmə işləri aparılır.
 



CAHANGİR




Baxış sayı: 990

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 May 2024

19 05 2024