12px13px15px17px
Tarix:29/11/12

“Sony” daha batareya istehsal etməyəcək

Yaponiyanın “Sony” şirkəti elektronika üçün batareya istehsalı üzrə biznesini satmağa çalışır və ən azı üç investisiya şirkəti ilə danışıqlar aparır.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, söhbət “Sony Energy Devices”dən gedir və onun illik mənfəəti 1,74 milyard dollar təşkil edir və heyəti 2700 insandan ibarətdir.

Xatırladaq ki, şirkətin direktoru Kadzuo Xirai elan etmişdi ki, “Sony” şirkəti heyətini 10 min azaldacaq və biznesini perspektivli istiqamətlərə (multimedia, mobil qurğular sektoru, tibbi avadanlıq istehsalı) doğru dəyişdirəcək.





 
EMİL




Baxış sayı: 936

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2024

29 05 2024