12px13px15px17px
Tarix:13/05/13

AZAL təyyarələrində internet xidmətlərindən istifadə mümkün olacaq

Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC Azərbaycan Hava Yolları QSC-nin (AZAL) təyyarələrinin göyərtəsində internet xidmətlərini işə salmağı planlaşdırır.

Hazırda AZAL-ın 5 təyyarəsinin sərnişinləri mobil rabitənin səs və SMS xidmətlərindən istifadə edə bilirlər.

Trend-in məlumatına görə, AZAL-ın təyyarələrinin göyərtəsində internet xidmətlərinə çıxışın ilin sonunadək mümkün olacağı gözlənilir. Tariflərə gəlincə, şübhəsiz ki, xidmətə tələbat olduğu üçün onun dəyəri məqbul olmalıdır. Bu da bu növ xidmətə tələbatın yaranmasına kömək edir, şirkətdən deyiblər.

Yaxın vaxtlarda səsli və SMS xidmətlərindən aviaşirkətin doqquz təyyarəsində, 2014-cü ildə isə bütün hava gəmilərində istifadə mümkün olacaq.

Xatırladaq ki, "Azerfon" şirkəti AZAL ilə aviaşirkətin təyyarələrində mobil xidmətin göstərilməsinə dair 10 illik eksklüziv saziş imzalayıb.



Baxış sayı: 867

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2024

29 05 2024