12px13px15px17px
Tarix:31/08/13

“Android” ilə işləyən smartfonlar üçün tətbiqlərdən 6,8 milyard dollar qazanılacaq

“ABI Research” analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ilin sonunadək “Android” əməliyyat sistemi ilə işləyən smartfonlar üçün mobil tətbiqlərdən 6,8 milyard ABŞ dolları dəyərində gəlir əldə olunacaq. Ekspertlər qeyd ediblər ki, gözlənilən göstərici ötən ilin yekununa görə qeydə alınmış göstəricidən iki dəfə daha çoxdur.


“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, "hələ ki Apple iOS qazanılan gəlirin həcminə görə başqa mobil əməliyyat sistemlərini xeyli qabaqlayır, lakin Android smartfonlar bu fərqi bazardakı say üstünlüyü ilə kompensasiya edir" – “ABI Research”in baş analitiki Coşua Flud deyib.

Emil Hüseynov
 
 
 
 
 
 



Baxış sayı: 607

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 May 2024

19 05 2024