12px13px15px17px
Tarix:29/09/14

Yaponiya istehsalçısı Avropa bölməsini satıb

Yaponiyanın "Sharp" elektronika istehsalçısı Avropadakı televizor bölməsinin Slovakiyanın "Universal Media Corp" şirkətinə satılmasını elan edib.
 
Bundan başqa, şirkət məişət texnikası istehsalı üzrə Avropa bölməsini Türkiyənin "Vestel Elektronik Sanayi ve Ticaret" şirkətinə satıb.  
 
Eyni zamanda "Sharp" Avropada 300 əməkdaşın ixtisar edilməsini açıqlayıb.
 
52 milyard dollar məbləğində maliyyə itkiləri ilə əlaqədar olaraq "Sharp" qeyri-profilli aktivlərini satır. Bundan əvvəl şirkət Avropada günəş batareyalarının istehsalını dayandırıb, - "ROSBALT www.rosbalt.ru" yazır.



Baxış sayı: 1151

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 May 2024

19 05 2024