12px13px15px17px
Tarix:29/11/14

30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür

1988-ci ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi (Computer Security Day) Günü elan edib.
 
Assosiasiya bu günü elan etməklə hər kəsə kompüter informasiyasının mühafizəsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçiləri və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək fikrində olub.
 
1988-ci il noyabrın 30-da "Morris soxulcanı"nın kütləvi epidemiyası qeydə alınıb. Məhz o zaman mütəxəssislər informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında düşünüblər.
 
O vaxtdan etibarən Kompüter Avadanlığı Assosiasiyasının təşəbbüsü ilə 30 noyabr tarixində informasiyanın mühafizəsi ilə əlaqədar beynəlxalq konfranslar keçirilir.
 
Emil Hüseynov



Baxış sayı: 998

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 May 2024

19 05 2024