12px13px15px17px
Tarix:14/10/11

“Rabitəçi” idman klubunun üzvləri bu ilin 9 ayında 71 medal qazanıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə rabitə və informasiya texnologiyaları şəbəkəsinin ən müasir tələblər səviyyəsində qurulması məqsədilə apardığı işlərin fonunda respublikamızda idmanın müxtəlif sahələrinin inkişafı istiqamətində də müvəffəqiyyətlərə imza atıb.

Belə ki, ölkəmizdə və beynəlxalq yarışlarda uğur qazanan idmançılar sırasında “Rabitə” idman klubunun idmançılarının adı tez-tez hallanır. Sözügedən klubun boksçularının dünyanın müxtəlif idman arenalarında Azərbaycanın bayrağını dalğalandırması hər bir azərbaycanlının sevincinə səbəb olub.

Bu ilin 9 ayı ərzində idman klubu boks üzrə yeniyetmə, gənc və böyüklər kateqoriyası üzrə yarışan rabitəçi boksçular ölkə çempionatında 37(14 qızıl, 9 gümüş, 14 bürünc), beynəlxalq turnirdə 21 (4 qızıl, 3 gümüş, 14 bürünc), dünya və Avropa çempionatlarında 13 (1 qızıl, 3 gümüş, 9 bürünc) medal qazanıblar.



Baxış sayı: 890

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 May 2024

19 05 2024