waplog

Qlobal İnformasiya və Telekommunikasiya Texnologiyası Proqramı


Koreya Ali Elm və Texnologiya İnstitutu (KAİST) tərəfindən Qlobal İnformasiya və Telekommunikasiya Texnologiyası Proqramı çərçivəsində magistratura və ya doktorantura pillələrində təhsil üçün təqaüd elan edilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, proqramda bakalavr və ya magistr dərəcəsinə malik, dövlət sektorunda və ya tədqiqat institutlarında çalışan müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edə bilərlər.

Proqramda iştirak üçün müraciət etmək arzusunda olan şəxslər aprelin 30-dək http://apply.kaist.ac.kr/ internet ünvanında elektron qeydiyyatdan keçməli, həmçinin sənədlərini poçt vasitəsilə müvafiq ünvana göndərməlidirlər.
                                         


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL