waplog

Azərbaycan Ümumdünya elektron identifikasiya sistemləri konqresində təmsil olunacaq


Azərbaycan “World e-ID Congress” Ümumdünya elektron identifikasiya sistemləri konqresində və sərgisində təmsil olunacaq.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sentyabrın 25-dən 27-dək Fransada keçiriləcək tədbirdə Azərbaycanı “B.Solutions” şirkətinin rəhbəri Yana Krimpe təmsil edəcək və “Asan imza” e-hökumət “Mobile-ID” həllini təqdim edəcək.

Y. Krimpe təqdimatında mobil dövlət, e-hökumətin növbəti qaçılmaz təkamülü, internet istifadəçiləri üçün güclü, bütöv digital şəxsiyyət yaratmaq üçün “SIM-based” digital imza, kompüter, telefon və smartfonlar vasitəsilə dövlət və özəl sektorun bir sıra xidmətlərinə asan çıxış təmin edilməsi haqda ətraflı məlumat verəcək və Azərbaycanın bu sahədə təcrübəsini bölüşəcək.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL