waplog

Avropada uçuş zamanı texnikadan istifadəyə icazə veriləcək


“The Independent” nəşrinin məlumatına görə, Amerikanın Federal Aviasiya Qurumu bu yaxınlarda uçuş zamanı "avia" rejimində elektron qurğulardan istifadəyə icazə verdikdən bir müddət sonra, Avropa təhlükəsizlik xidmətləri onların istifadəsinə icazə verib.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, ilk dəfə olaraq təyyarədə uçuş zamanı "avia" rejimində texnikadan istifadəyə icazə veriləcək.

Buna qədər bütün şəxsi elektron cihazlar “avia” rejimində söndürülmüş olmalı idi.
Avropa Təhlükəsiz Aviasiya Xidmətindən verilmiş məlumata görə, artıq təyyarələrdə smartfon, planşet və elektron kitablardan istifadə mümkün olacaq.

Mobil rabitəyə qadağa hələ də qüvvədədir.

Emil Hüseynov
 
 
 
 
 
 
 
 
 

 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL