waplog

“Dilmanc” mobil tərcüməçinin yeni versiyası hazırlanıb


Mobil telefonlarda şifahi nitqi tərcümə edən “Dilmanc” tərcümə proqramının dəqiqliyi artırılıb.
 
“Dilmanc” qrupundan verilən məlumata görə, mobil telefonlarda şifahi nitqi və mətnləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən “Dilmanc Translator” tərcümə proqramının yeni versiyası istifadəyə verilib. Tərtibatçıların sözlərinə görə, bu versiyada əsas yenilik Azərbaycan dili üçün nitqin tanınması (şifahi nitqin yazıya çevrilməsi) sisteminin keyfiyyətinin artırılması və bəzi mobil telefonlarda tanımanın işləməsi ilə bağlı çətinliklərin aradan qaldırılmasıdır.
 
Qeyd edək ki, “Dilmanc Translator” proqramı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəklədiyi “Dilmanc” layihəsi çərçivəsində hazırlanır və tamamilə ödənişsiz yayılır. İstifadəyə verildiyi 6 ay ərzində istifadəçilər arasında böyük populyarlıq qazanaraq 70 min dəfəyə yaxın köçürülüb. Proqram hələlik yalnız “Android” platformasında işləyir. Layihə rəhbəri Əbülfət Fətullayev proqramın “iOS” və “Windows Phone” üçün hazırlanması, həmçinin yeni tərcümə istiqamətlərinin əlavə edilməsi üzərində işlərin getdiyini bildirib.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL