waplog

“iPad Mini” planşetlərinin qiyməti ucuzlaşacaq


“Digitimes” portalı yazır ki, “Apple” şirkəti “iPad mini” planşetlərinin qiymətini azaltmaq haqda ABŞ-ın bir sıra pərakəndə satış nöqtələri, həmçinin “Best Buy” və “Amazon” şirkətləri ilə razılaşıb.
 
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, 16 QB-lıq yaddaşla təchiz olunmuş “iPad Mini” planşetinin qiyməti hazırda “Amazon” mağazasında 240 dollar, “Best Buy” mağazalarında isə 199 dollar təşkil edir.
 
2014-cü ilin birinci və ikinci rüblərində “Apple” korporasiyası müvafiq olaraq 16,4 və 13,28 milyon “iPad” planşeti satıb. “iPad mini” planşetlərinin qiymətinin azaldılması cihaza tələbatı yüksəldəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL