waplog

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Çinin İKT sahəsində tanınmış “Huawei” şirkəti ilə görüş keçirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Çinin İKT sahəsində tanınmış “Huawei”  şirkəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycanda genişzolaqlı şəbəkənin qurulması layihəsi və əməkdaşlığın perspektiv inkişafı müzakirə olunub.

“Huawei” şirkətinin baş direktoru Liu Jianvei layihə barədə ətraflı məlumat verərək bildirib ki, genişzolaqlı şəbəkənin qurulması kommunikasiya sahəsində dünyada mövcud olan ən son standartların tətbiqi üçün daha geniş imkanlar açır.
 

Nazir səlahiyyətlərini icra edən Ramin Quluzadə bildirib ki, kosmik sənayeyə malik olan Azərbaycan dövləti ölkədə keyfiyyətli rabitənin inkişafında maraqlıdır. R.Quluzadə layihənin keyfiyyətli icrası ilə yanaşı, bu işləri aparan milli kadrların hazırlanmasının prioritet olduğunu vurğuladı və qeyd etdi ki, peşəkar mütəxəssislərin hazırlanması üçün nazirlik lazımi şəraiti yaradacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL