waplog

Bu şirkət dünyada smartfonlar üçün ilk fərdi tərcüməçi təqdim edib


Son zamanlar dil baryerini aradan qaldırmaq və müxtəlif millətlərdən olan istifadəçilərin bir-biri ilə ünsiyyət saxlamasına imkan yaratmaq “Microsoft” şirkətinin diqqət mərkəzindədir. Bundan əvvəl “Skype” internet telefoniya xidmətində müxtəlif dillər arasında sinxron tərcüməçi funksiyası istifadəyə verilib. Məsələn, siz rus dilində danışırsınız və həmsöhbətiniz sizin danışığınızı ingilis dilində eşidir. İndi isə “Microsoft” dünyada ilk fərdi universal tərcüməçi proqramını çıxarıb. “Microsoft Translator” proqramı real vaxt rejimində işləyərək smartfon, planşet və ya fərdi kompüter üzərindən yüzlərlə iştirakçının danışığını tərcümə etmək qabiliyyətinə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Microsoft Translator” proqramının köməyilə müxtəlif dillərdə danışan insanlar bir-biri ilə ünsiyyət qura bilərlər.

“Microsoft Translator” funksiyası cari həftə “Android”, “iOS” və “Amazon Fire” üçün əlçatan olacaq.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL