waplog

“Intel” dronu basketbolçuya ötürmə edib


"Intel" şirkətinin mütəxəssislərinin hazırladıqları pilotsuz uçan aparatlar müxtəlif tədbirlərdə iştirak etməkdə davam edərək qeyri-adi və gözəl tamaşalarla diqqəti cəlb edirlər. Bu yaxınlarda 300 dron müğənni Ledi Qaqanın konsertində gecə səmasında işıqlı tamaşa təşkil edərək ABŞ bayrağını yaradıb, fevralın 18-də isə "Intel" pilotsuz uçan aparatlarından biri "Slam Dunk" müsabiqəsində NBA basketbolçusuna ötürmə verib. Təqdim olunan videoda idmançı Aaron Qordonun dronla birlikdə işləyərək uçan aparatdan topu qəbul edib və sonradan onu effektiv şəkildə zənbilə atıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, qeyri-adi ustalığı nümayiş etdirmək üçün idmançı dronun topu yuxarıdan ötürməsinə görə bir neçə dəfə cəhd göstərməli olub.

Fevralın 18-də satışa çıxarılan "Aero Ready to Fly" dronlarının qiyməti 1100 dollar təşkil edir.  

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL