waplog

Yupiterin peykində Yer kürəsi bakteriyaları ola bilər


Alimlərin kosmik fəzada həyatın mövcud olması barədə real sübutları hələlik yoxdur. Amma Argentina və Braziliya tədqiqatçıları aydınlaşdırmışlar ki, Yer kürəsinin mikroorqanizmləri Yupiterin peyki olan Avropada yaşamağa qadirdir. Söhbət ekstremofil bakteriyalarından gedir.

Ekstromofillər ən ekstremal şəraitdə ətraf mühitə uyğunlaşan mikroorqanizmlərdir.

Məsələn, bu orqanizmlər vulkanların ağzında, olduqca qazlaşmış atmosferdə, ifrat yüksək və ifrat alçaq temperaturda, yüksək radiasiya şəraitində, duzun qatılığı yüksək olan məhlullarda yaşaya bilir. Kosmik həyat formalarının meteorit və asteroidlərin səthinə keçməsi barədə fərziyyə də geniş yayılmışdır.

Braziliya sinxrotron işıq laboratoriyasının apardığı eksperiment üçün Natrialba magadii, Haloferax volcanii arxeyləri və Deinnococcus bakteriyaları götürmüşlər.

Alimlər, məsələn, asteroiddə kosmik uçuşun bu mikroorqanizmlərə nə dərəcədə təsir göstərdiyini, onların səma cisminin (məsələn, asteroidin) səthinə davamlılığını aydınlaşdırmağa çalışmışlar.

Bunun üçün mikroorqanizmləri nazik plyonkalar şəklində içində Avropada mövcud olan şəraitə uyğun şəraitin yaradıldığı kameraya yerləşdirmişlər.

Alimlər “Voyacer” və “Qalileo” kosmik aparatlarının verdiyi məlumatlar əsasında belə bir fərziyyə irəli sürmüşlər ki, buzun altında duru su okeanı mövcuddur və bu okeanda hansısa mikrohəyat formları ola bilər.

Avropanın səthinin temperaturu Selsi ilə sıfırdan 150-190 dərəcə açağıdır. Onun səthində yüksək radiasiya səviyyəsi (təxminən 5400 millizivert) müşahidə olunur, çünki peykin orbiti Yupiterin radiasiya qurşağından keçir.

Beləliklə, eksperiment şəraitini Avropadakı real şəraitə maksimum yaxınlaşdırmaq üçün alimlər kameranın daxilində ifrat seyrək atmosfer yaratmış, onun “sakinlərini” ultrabənövşəyi şüaların təsirinə məruz qoymuşlar.

Nəticədə H. volcanii tamamilə tələf olmuş, N. magadiinin təxminən 0,1 faizi, D. radioduransın təxminən 1 faizi salamat qalmışdır. Lakin cüzi miqdarda bakteriyanın salamat qalması hələ heç nəyi sübut etmir.

Eksperiment real şəraitdə deyil, hər halda laboratoriya şəraitində aparılmışdır. Buna baxmayaraq, sözügedən tədqiqatlar digər planetlərin, o cümlədən Marsın Yer kürəsi bakteriyaları ilə lüzumsuz yüklənməsinin qarşısını almağa kömək edə bilər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL