waplog

“3D” virtual reallıq proqramı yaradılıb (VİDEO)


“Google” şirkəti istifadəçilərə üçölçülü “Google – Blocks” virtual reallıq redaktorunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-Tech” resursuna istinadən yazır ki, istifadəçilərə virtual dünya qurmağa imkan verəcək proqramın iş prinsipi “Rubik kubiki” oyununa bənzəyir.  
 
Məlumata görə, ondan istifadə çox asandır. İstifadəçi ayrı-ayrı bloklar vasitəsilə virtual dünyasını yaradır və ya mövcud olanları redaktə edir. Həmçinin, proqramın yüklənilməsi pulsuzdur. “Google – Blocks” proqramından istifadə etməklə obyektləri rəngləmək, onların formasını və ya yerlərini dəyişdirmək mümkün olacaq.  
 
Proqramçılar ümid edir ki, “3D” redaktor təşəkkül taparaq istifadəçilərin bütün arzularını həyata keçirəcək.
 
Nizam Nuriyev 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL