waplog

Avstriyalı nazir müavini “Eurovision-2012” mahnı müsabiqəsini canlı izləmək üçün Bakıya səfər edəcək


Azərbaycan-Avstriya hökumətlərarası qarışıq Komissiyanın Avstriya tərəfindən həmsədri, Avstriyanın iqtisadiyyat, ailə və gəclər üzrə federal nazirinin müavini xanım Bernadette Qerlinqer 2012-ci ildə Bakıda keçiriləcək “Eurovision-2012” beynəlxalq musiqi yarışmasını canlı izləmək və Bakı ilə yaxından tanış olmaq üçün ölkəmizə qeyri-rəsmi səfər edəcək.
Bu barədə xanım Qerlinqer Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşü zamanı məlumat verib. O Azərbaycanın “Eurovision-2011” beynəlxalq musiqi yarışmasında 1-ci yer tutmasına görə Azərbaycan xalqını təbrik edib.
Avstriyalı nazir müavini bu qalibiyyəti Azərbaycan xalqının dərin mədəni irsindən bariz nümunəsi kimi qiymətləndirib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL