waplog

Kompüterləri tez sıradan çıxan istehsalçıların reytinqi tərtib olunub


“Rescuecom” şirkəti servis mərkəzlərinin nümayəndələri ilə söhbətlər nəticəsində əldə olunan məlumatların tədqiqatını apararaq kompüterləri tez sıradan çıxan şirkətləri müəyyənləşdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, birinci yeri 37,3 faiz göstərici ilə “HP” şirkəti tutub. Beləliklə, qeyd edilən istehsalçının qurğularından yararlanan hər üçüncü istifadəçi sistemin işində yaranan problemlərlə rastlaşa bilər. İkinci sırada 22,4 faiz göstərici ilə “Dell” istehsalçısı, üçüncü pillədə isə 7,3 faizlə “Lenovo” şirkəti qərarlaşıb.

Sonrakı pillələrdə 5 faiz nəticə ilə “ASUS” və “Acer” (4,9 faiz) istehsalçıları yer alıb.

Reytinqdə ən yaxşı istehsalçılar üçlüyünə “Apple”, “Samsung” və “Microsoft” şirkətləri daxildir.

Ən etibarlı məhsullar kimi “Microsoft” korporasiyasının “Windows 10” sistemli kompüterləri və “Apple” qurğuları qeyd olunur.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL