waplog

Çində implantasiya edilmiş qurğular üçün özü parçalanan kondensator hazırlanıb


Çin alimləri tərəfindən hazırlanmış özü parçalanmaq qabiliyyətinə malik kondensator implantasiya edilmiş tibbi qurğular üçün enerji mənbəyi kimi tətbiq edilə bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, elektrik kondensatoru Pekin Nanoenergetika və Nanosistemlər İnstitutu  və Beyxan Universitetinin mühəndisləri tərəfindən işlənib hazırlanıb.
 
Qurğu siçanlar üzərində sınaqdan keçirilib. Sınaqlar nəticəsində məlum olub ki, dərinin alt hissəsinə implantasiya edilmiş kondensatorlar 50 gün müddətində fasiləsiz işləyiblər. İstismar müddəti başa çatdıqdan sonra kondensatorlar cərrahi müdaxilə olmadan bədəndə parçalanır.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL