waplog

Nyu-Yorkda uçan taksilər istifadəyə veriləcək


“Uber” şirkəti Nyu-Yorkda sərnişinləri aeroporta çatdıracaq uçan taksi xidmətini istifadəyə verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Belta www.belta.by” resursuna istinadən yazır ki, “Uber Copter” vertolyot servisindən iş günləri pik saatlarda istifadə mümkün olacaq. Bütün şəhər tıxacda dayanan zaman “Uber” sərnişinləri Con Kennedi adına Beynəlxalq Aeroporta bir neçə dəqiqəyə yetişə biləcəklər. Gediş haqqı 200 dollar təşkil edəcək. Vertolyot göyərtəsinə əl yükü götürməyə icazə veriləcək.
 
Gələcəkdə “Uber” vertolyotları uçan avtomobillərlə əvəzləməyi planlaşdırır. Onların sərnişindaşımanı daha tez və təhlükəsiz edəcəyi bildirilir.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL