waplog

“WhatsApp”da tezliklə avtomatik silinən mesajlar funksiyası əlçatan olacaq


“WhatsApp” messencerinin “Android” əməliyyat sistemi üçün beta versiyasında istənilən istifadəçi avtomatik silinən mesajlar funksiyasını sınaqdan keçirə bilər. Sözügedən funksiya çatlarda mesajların müəyyən vaxtdan sonra (saat, gün, həftə, ay və ya il) avtomatik silinməsinə imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, bu funksiya ilk növbədə təhlükəsizlik baxımından əlverişlidir: göndərilmiş mesajların kənar şəxslər tərəfindən oxunmasından narahat olmağa ehtiyac yoxdur.

 

Mesajların avtomatik silinməsi funksiyası şəxsi çat və qrup yazışmalarında işləyəcək. Funksiya bütün çatlar üçün ayrıca tənzimlənir.

 

“WhatsApp” messencerində avtomatik silinən mesajlar funksiyası proqramın son versiyasında əlçatan olmalıdır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL