waplog

“Apple” şirkəti “iPhone 8”i satışdan çıxarıb


“Apple”ın saytında “iPhone 8” aparatının səhifəsi yoxa çıxıb. Həmçinin bu qurğu şirkətin onlayn mağazasında satışdan çıxarılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, populyar smartfonun səhifəsinin yoxa çıxması onunla bağlıdır ki, şirkət “iPhone SE” qurğusunun elanından sonra “iPhone 8”in satışını dayandırıb . “iPhone SE” aparatı köhnə cihazla oxşar dizayna malikdir.

 

“iPhone 8” smartfonu 2017-ci ilin payızında təqdim edilib, “Apple” şirkəti eyni vaxtda “iPhone 8 Plus” qurğusunu təqdim etmişdi. Bu halda “iPhone 8 Plus” haqqında informasiya, həmçinin “Apple” saytında yoxa çıxıb. 2017-ci ildə “iPhone 8” istehsal xətti ilə yanaşı, qabaqcıl “iPhone X” aparatı təqdim edilmişdi, 2018-ci ildə o da satışdan çıxarılıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL