bölmədə 1114 material var

Tarix: 12/06/15 “Android” istifadəçilərini yeni bank troyanı təhdid edir

Mütəxəssislər “Android” istifadəçilərini növbəti bank troyanı təhdid etdiyini aşkar ediblər.

Tarix: 10/06/15 "Android” istifadəçiləri üçün "iOS” sisteminə keçid asanlaşacaq

“Apple” şirkəti "Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğu istifadəçilərinin "iOS” sistemi ilə işləyən “iPhone” və “iPad” modellərinə keçidini asanlaşdıracaq xüsusi "Move to iOS” əlavəsini istifadəyə verib.

Tarix: 09/06/15 Yeni “iOS 9” mobil platforması təqdim olunub

“Apple” şirkəti yeni “iOS 9” mobil əməliyyat sistemini təqdim edib. Platformanın əsas xüsusiyyətləri məhsuldarlığın yaxşılaşdırılması və “Proactive Assistant” funksiyasının köməyi ilə axtarışın təkmilləşdirilməsidir.

Tarix: 08/06/15 “Nikon” və “Apple” yeni “iOS” əlavəsi üzərində işləyirlər

“Nikon” və “Apple” şirkətləri birgə “Nikon” kameraları üçün yeni “iOS” əlavəsi üzərində işləyirlər.

Tarix: 08/06/15 Azərbaycanın geoinformasiya bazası hazırlanır

AMEA akademik H.Əliyev adına Coğrafiya  İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri üçün “Müasir coğrafi tədqiqatlar və onların CİS mühitində tədqiqi” mövzusunda seminar-məşğələ keçirib.

Tarix: 08/06/15 “Microsoft” Brüsseldə Şəffaflıq Mərkəzi açıb

ABŞ-ın “Microsoft” korporasiyası Brüsseldə Şəffaflıq Mərkəzini (Transparency center) istifadəyə verib. Xüsusi ofis korporasiyanın bu və ya digər məhsulunun çıxış kodunu yoxlamaq istəyən dövlət strukturları ilə qarşılıqlı əlaqə üçün yaradılıb.

Tarix: 04/06/15 “Android” planşetlər üçün "Viber” messencerində videozəng funksiyası istifadəyə verilib

“Android” mobil əməliyyat sistemi üçün "Viber 5.4” messencerinin yeni versiyası təqdim olunub. “Google” şirkətinə məxsus əməliyyat sisteminin istifadəçiləri bir neçə vacib funksiyanı sınaqdan keçirə bilərlər.

Tarix: 04/06/15 “Bakı 2015”-in mobil tətbiqetməsi istifadəyə verildi

“Bakı 2015”-in rəsmi mobil tətbiqetməsi yükləmək üçün hazırdır. Oyunların Təşkilat Komitəsindən qeyd edilib ki, istifadəçilərin yarışlar haqda ən son məlumat və nəticələrlə yanaşı, sosial şəbəkələrə də çıxışı olacaq.

Tarix: 03/06/15 Dünya mobil əlavələr bazarı sürətlə artır

Beynəlxalq analitik şirkətlərin araşdırmaları dünya mobil əlavələr bazarının sürətlə artdığını göstərir.

Tarix: 01/06/15 Gürcüstan hökumət lisenziyalaşdırılmasına keçdi

“Microsoft” Korporasiyası və Gürcüstan hökuməti arasında bütün dövlət strukturlarında təhlükəsizliyin təmin olunması və genişləndirilməsini nəzərdə tutan leqallaşdırma və lisenziyalaşdırma ilə bağlı saziş imzalanıb. Bu saziş postsovet məkanında Gürcüstanın tam lisenziyalı proqram təminatına keçməsini təmin edən ilk razılaşmadır.

Tarix: 01/06/15 Bakı Ali Neft Məktəbi “Microsoft”un Sertifikatlaşdırma imtahanlarını keçirmə hüququ qazanıb

Bakı Ali Neft Məktəbi (BANM) CERTİPORT təşkilatı tərəfindən Səlahiyyətli TEST Mərkəzi kimi qəbul olunub.

Tarix: 30/05/15 “Google” mobil reklam gəlirinin 75 faizini “Apple”dan qazanır

“Goldman Sachs” investisiya bankının məlumatına əsasən, “Android” əməliyyat sistemi ilə işləyən smartfon və planşetlərin dünya bazarında (“IDC” analitik şirkətinin 2015-ci ilin birinci rübünə olan məlumatına görə, bu qurğuların bazar payı 78 faiz təşkil edir) liderliyinə baxmayaraq, “iPhone” və “iPad” daha çox pul qazandırır.

Tarix: 29/05/15 “Android M” mobil platformasının yeni versiyası nümayiş etdirildi

“Google” şirkəti öz mobil əməliyyat sisteminin “Android M” kod adlı yeni versiyasını təqdim edib. “Google”un vitse-prezidenti Sundar Piçai “Google I/O” tərtibatçılar üçün konfransda yeni versiyanı nümayiş etdirib.
 

Tarix: 23/05/15 “Microsoft Windows 10” proqramında nasazlıqlar aşkar edilib

İstifadəçilər “Microsoft Windows 10” ofis paketini yüklədikdə nasazlıq haqda xəbərdarlıq alır.

Tarix: 22/05/15 AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda RYTN-in layihəsinə dair seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Dilmanc” layihəsi mövzusunda ümuminstitut seminarı keçirilib.








25 Mart 2017

24 03 2017