bölmədə 3428 material var

Tarix: 22/05/14 Fitnes qolbaqların qlobal tədarük həcmi 2,7 milyona çatıb

“Canalys” analitik şirkətinin məlumatına əsasən, 2014-cü ilin birinci rübündə bütün dünyada ümumilikdə 2,7 milyon fitnes qolbaq tədarük edilib.

Tarix: 22/05/14 Stenford Universitetində tibbi implantlar üçün simsiz enerji doldurma qurğusu yaradıblar

Müasir tibb sahəsində insan bədəninə implantasiya edilən çoxlu müxtəlif kiçik elektron cihazlardan istifadə olunur. Amma bu cihazların bir ümumi problemi var: enerji doldurma problemi.

Tarix: 21/05/14 İritutumlu məlumatların saxlanılması üzrə yeni rekorda nail olunub

“IBM” şirkətinin tədqiqatçıları maqnit lent yazısı sıxlığında rekord göstəriciyə nail olduqlarını bəyan ediblər.

Tarix: 21/05/14 “Microsoft” şirkəti “Nokia X2” smartfonunu hazırlayır

Bu yaxınlarda “Nokia” şirkətinin mobil bölməsinin tamhüquqlu sahibi olmuş “Microsoft” şirkəti artıq “Android” platforması ilə işləyən “Nokia X2” smartfonunun təkmilləşdirilmiş versiyası üzərində işləyir. KİV-də gedən informasiyaya əsasən, cihaz növbəti il satışa çıxarılacaq.

Tarix: 21/05/14 Yeni “Surface Pro 3” planşeti təqdim olunub

“Microsoft” korporasiyası yeni “Surface Pro 3” planşet kompüterini buraxıb. Bu barədə Nyu-Yorkda keçirilən mətbuat konfransında korporasiyanın korporativ vitse-prezidenti Penos Peney bildirib.

Tarix: 21/05/14 “Hitachi” yumor hissinə malik robot yaradıb

Yapon mühəndisləri yumor hissinə malik robot nümayiş etdiriblər, bundan başqa robot yersiz zarafatı başa düşür.

Tarix: 20/05/14 Parisdən Moskvaya 1 saata çatmaq olacaq

Pekin Nəqliyyat Universitetinin alimləri maqnit yastığı üzərində hərəkət edən qatar üçün tunel prototipi hazırlayıblar.

Tarix: 19/05/14 “Brayl” klaviaturalı ilk telefon satışa çıxarılıb

“BBC”-nin məlumatına əsasən, Londonun “OwnFone” şirkəti “Brayl” klaviaturalı ilk mobil telefonun satışlarına başlayıb.

Tarix: 19/05/14 160 dollarlıq “Full HD” təsvir ölçülü planşet

Çinin elektronika istehsalçıları vaxtaşırı alıcıları texniki xarakteristika və qiymət baxımından uyğun cihazlarla sevindirirlər.

Tarix: 17/05/14 İsraildə yolları avtonom rejimdə minalardan təmizləyən robot-istehkamçı hazırlanıb

İsraildə yolları avtonom rejimdə minalardan təmizləyən robot-istehkamçı hazırlanıb. “SAHAR” adlandırılmış sistem İsrailin “Aviasiya sənayesi" korporasiyası, "VatEyrPoll" mühəndislik bürosu və Britaniyanın "KinetiKyu" müdafiə şirkətinin Şimali Amerika filialının ekspertlərinin birgə səyi ilə hazırlanıb.

Tarix: 16/05/14 Həkimlər “3D” printerin köməyi ilə yaradılmış çanaq-bud oynağını britaniyalı qadına implantasiya ediblər

“Sky News” telekanalının yaydığı məlumata görə, böyük britaniyalı həkimlər “3D” printerin köməyi ilə yaradılmış çanaq-bud oynağını 71 yaşlı qadına implantasiya edərək ona yenidən yerimək imkanı yaradıblar.

Tarix: 15/05/14 “HTC One mini 2” smartfonu nümayiş etdirilib

“HTC” şirkəti “HTC One mini 2” smartfonunu nümayiş etdirib. Şirkətin mühəndisləri funksionallığa zərər vurmadan aparatın ölçüsünü kiçiltməyə çalışıblar.

Tarix: 15/05/14 Yaponiyada insanın yorğunluğunu müəyyən edən eynək icad edilib

Yaponiyada insanın yorğun olmasını müəyyən edən xüsusi eynək kəşf edilib. Unikal qurğunun müəllifi “Audi A6” avtomobilinin dizayn yaradıcısı Satosi Vadadır.

Tarix: 15/05/14 Yaponlar 20 dəfə daha sürətli enerji toplayan akkumulyator düzəldiblər

Yerli KİV yazır ki, Yaponiyanın “Power Japan Plus” şirkəti Küsü Universitetinin mütəxəssisləri ilə birgə karbon yanacaq elementi ilə işləyən batareya  hazırlayıb.

Tarix: 14/05/14 “LG” şirkətinin fitnes trekerləri mayın 18-də buraxılacaq

Cənubi Koreyanın “LG” şirkəti iki fitnes-aksesuarın – smart “Lifeband” brasleti və ürək döyüntülərinin tezliyini izləyən “Heart Rate Earphone” qarniturasının çıxış tarixini açıqlayıb.








19 Mart 2024

18 03 2024