bölmədə 3428 material var

Tarix: 07/01/14 Smartfon və planşetlər üçün antibakterial şüşə icad edilib

Mobil telefonların ekranları üçün qoruyucu örtü hazırlayan “Corning” şirkəti, “CES 2014” sərgisində mobil telefonlar üçün antibakterial qoruyucu şüşə təqdim edib.

Tarix: 07/01/14 “LG” şirkəti nəbzin ölçülməsi funksiyası ilə təchiz edilmiş qulaqlıq təqdim edib

“LG” şirkəti yanvarın 6-da mətbuat konfransında “Heart Rate Earphones” adlı qulaqcıq təqdim edib. Qurğuya nəbzölçən quraşdırılıb.

Tarix: 07/01/14 İkinci nəsil “Pebble” smart saatları nümayiş etdirilib

“Pebble Technology” şirkəti “CES” sərgisinin açılışı ərəfəsində mətbuat konfransında “Pebble” smart saatlarının ikinci nəslini təqdim edib. Qurğu “Pebble Steel” adlanır.

Tarix: 07/01/14 “Intel” şirkəti “SD” kartı ölçüsündə kompüter təqdim edib

Masaüstü kompüterlər üçün dünyanın nəhəng prosessor istehsalçısı “Intel” şirkəti ən miniatür həllərindən biri hesab edilən “Edison” kompüterini nümayiş etdirib. Kompüter “SD” kart yaddaşı ölçüsündə hazırlanmaqla ikinüvəli prosessordan ibarətdir.

Tarix: 28/12/13 Enerjiyə qənaətlə bağlı yeni nəticələr əldə edilib

AMEA Radiasiya Problemləri İnstitutu enerjiyə qənaət edən və tullantı qazlarını azaldan yeni enerji mənbələrinin tətbiqinə imkan verən araşdırmalar istiqamətində mühüm nəticələr əldə edib.

Tarix: 27/12/13 Telekommunikasiya məlumatları böyük ölkələrin daxilində görünməyən sərhədləri göstərib

Böyük Britaniya, İtaliya və Belçika sakinləri xəyalən öz ölkələrini Cənub və Şərq hissələrinə bölməklə müvafiq sosial-coğrafi əhali qrupları arasında müəyyən əngəllər yaradır. Massaçusets Texnoloji İnstitutunun mütəxəssisləri telekommunikasiya məlumatlarını emal etməklə bir sıra ölkələrdə görünməyən sərhədlərin mövcudluğunu sübut ediblər.

Tarix: 26/12/13 Dünyanın yarımşəffaf ekranla təchiz edilmiş ilk planşeti təqdim edilib

Planşet istehsalçıları öz məhsullarına istifadəçilərin diqqətini müxtəlif yollarla cəlb etməyə çalışırlar: hansısa şirkət tutumlu batareya və ya yüksək təsvir ölçülü ekranla, digəri 8 nüvəli prosessor və nazik korpusla. İstehsalçıların iddiasına əsasən, “Grippity” planşeti dünyanın ilk şəffaf planşetidir.

Tarix: 26/12/13 Azərbaycanda birincili sümük şişlərinin müalicəsində yeni texnologiyalar tətbiq edilir

Azərbaycanda birincili sümük şişlərinin müalicəsində yeni texnologiyalar tətbiq edilir. Bununla bağlı yeniliklər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında qeyd edilib.

Tarix: 26/12/13 “Ağıllı” məişət texnikaları təqdim ediləcək

“LG” şirkəti 2014-cü il yanvarın əvvəlində Las-Veqasda keçiriləcək “CES” beynəlxalq istehlak elektronikası sərgisində daxili messencerlərə malik məişət texnikasını təqdim edəcək.

Tarix: 24/12/13 Titan korpusla təchiz edilmiş smartfonlar təqdim edilib

Bahalı telefon istehsalı üzrə ixtisaslaşmış “Gresso” şirkəti titan korpusla təchiz edilmiş və “Android” platforması ilə işləyən “Radical” smartfon seriyasını təqdim edib. “Radical R1” modelinin korpusu aerokosmik sənayesində tətbiq edilən yüksək davamlı titandan işlənib hazırlanıb.

Tarix: 24/12/13 “Samsung”un televizorları barmaq hərəkətlərinə reaksiya verəcək

“Samsung Tomorrow” bloquna əsasən, “Samsung” şirkətinin 2014-cü ildə buraxılacaq smart televizorları barmaq hərəkətlərinə reaksiya verəcək.

Tarix: 20/12/13 Adi mobil telefonlar “microUSB” çıxışı ilə təchiz ediləcək

Avropa İttifaqı ölkələri bütün mobil telefon və smartfonlarla uyğunluq təşkil edən universal enerji toplayan adapterin tətbiqi ilə bağlı ilkin razılığa gəliblər. Qanun qüvvəyə mindikdən sonra istehsalçılar məhsulu yeni standarta uyğun istehsal etməli olacaqlar.  

Tarix: 20/12/13 “Sony Xperia Z1” qabaqcıl smartfonunun mini-versiyası satışa çıxarılıb

“Sony” şirkəti Yaponiyada “Xperia Z1” qabaqcıl smartfonunun mini-versiyasının satışlarına başlayıb. Mini-versiya “Sony Xperia Z1 f” adlandırılıb.

Tarix: 20/12/13 Dünyada 2K təsvir ölçülü ekranla təchiz edilmiş smartfon təqdim edilib

“Vivo” şirkəti Çində “Xplay 3S” qabaqcıl smartfonunu təqdim edib.
Smartfon dünyada 2K (2560x1440 nöqtə) təsvir ölçülü ekranla təchiz edilmiş ilk smartfondur.

Tarix: 18/12/13 Noutbuklar üçün universal adapter istifadəyə verilib

Beynəlxalq Elektrotexnika Komissiyası (BEK) bu həftə müxtəlif noutbuk modellərinə uyğun universal adapter qurğusunun standartını təsdiq edib. Müxtəlif istehsalçıların interfeysləri bir-birinə düşmür, buna görə çox vaxt adapter qurğusu itdikdə və ya qırıldıqda noutbuk onunla birlikdə tullanılır.








19 Mart 2024

18 03 2024