bölmədə 2336 material var

Tarix: 14/09/11 “Sony” hakerlərlə mübarizə üçün amerikalı mütəxəssisə müraciət edib

Yaponiyanın “Sony” şirkəti son altı ay ərzində dəfələrlə haker hücumlarına məruz qalıb. Şirkət informasiya təhlükəsizliyini tam təmin etmək üçün Amerikanın Milli Kibertəhlükəsizlik Mərkəzinin keçmiş rəhbəri, bu sahədə peşəkar olan Filip Retencerə müraciət edib.

Tarix: 14/09/11 Facebook”da şəxsi məlumatların müdafiəsi üzrə direktor vəzifəsi yaradılıb

Məxfiliyin pozulması ilə bağlı bir çox şikayətlərə görə “Facebook” sosial şəbəkəsinin rəhbərliyi şəxsi məlumatların müdafiəsi üzrə direktor vəzifəsi yaradıb. “Agence France-Presse” bildirib ki, şirkət müvafiq bəyanatı çərşənbə axşamı, sentyabr ayının 13-ü qəbul edib.

Tarix: 12/09/11 Hakerlər Amerikanın “NBC” telekanalının “Twitter” lentini “sındırıblar”

Cümə günü axşam naməlum kibercinayətkarlar Amerikanın “NBC” telekanalının “Twitter” lentini “sındıra” və orda bir neçə saxta xəbər yerləşdirə biliblər. Xəbərdə bildirilib ki, guya terrorçular Nyu-York şəhərində yerləşən Qraund Ziroya (əvvəllər qeyd olunan ərazidə Beynəlxalq ticarət mərkəzi qüllələri yerləşirdi) hücum ediblər.

Tarix: 10/09/11 İranlılar “Gmail”də olan poçtlarının parollarını dəyişməlidirlər

“Google” internet şirkəti İran internet istifadəçilərinə xəbərdarlıq edib. Xəbərdarlığa əsasən, onlara “Gmail” poçt sistemindəki poçt qutuları üçün parollarını dəyişdirmək məsləhət görülüb, belə ki elektron poçtların hakerlər tərəfindən “sındırılma” ehtimalı var.

Tarix: 09/09/11 Kibercinayətkarlar narkotik alverçilərindən daha çox qazanır

“Symantec” şirkəti kibercinayətkarların və telefon dələduzlarının fəaliyyətindən dəyən ümumi zərəri hesablayıb. “Norton Cybercrime Report 2011” hesabatında bildirilib ki, İT cinayətkarlar il ərzində 114 milyard dollar "qazanırlar". Kibercinayətkarlıqla bağlı əlavə zərərlər 274 milyard dollar dəyərində qiymətləndirilib.

Tarix: 08/09/11 Ekspertlər: “ Hakerlər avtomobillər üçün də ciddi təhlükədir”

Haker hücumları üçün növbəti hədəflər avtomobil kompyuter sistemləri, eləcə də evlərdə və sənaye obyektlərində yerləşən intellektual mərkəzlər ola bilər. Bu barədə “McAfee” antivirus şirkətinin ekspertləri dərc etdikləri yeni “Caution: Malware Ahead” hesabatında ictimaiyyəti xəbərdar edirlər.

Tarix: 01/09/11 Amerikalıya taxta “iPad” satıblar

ABŞ-ın 22 yaşlı vətəndaşı dələduzların qurbanı olub. Belə ki, qıza həqiqi “iPad” əvəzinə saxta “iPad” satıblar. Bu barədə “Spartanburq” dairəsi şerifinin ofisi tərəfindən elan edilmiş raportda bildirilib.

Tarix: 26/08/11 Böyük Britaniyada daha bir “Anonymous” iştirakçısı saxlanılıb

Britaniya polisləri bir gün əvvəl “Anonymous” haker qruplaşması ilə işbirliyində şübhəli bilinən daha bir şəxsi saxlayıb. Hal-hazırda onunla bağlı araşdırma aparılır. Cümə axşamı, London polisi 22 yaşlı Piter Devid Qibsonu saxlayıb.

Tarix: 18/08/11 Hakerlər San-Fransiskonun nəqliyyat sisteminə hücum ediblər

Hakerlər “BART” (San-Fransisko aqlomerasiyasına xidmət edən sürət qatarlarının sistemləri) Polis Assosiasiyasının saytını “qırıblar”.

Tarix: 17/08/11 Türk hakerlər Suriyaya müharibə elan edib

Türkiyəli hakerlər Suriyada baş verən hadisələrə diqqət çəkmək üçün bu ölkənin Rabitə Nazirliyinin “www.moi.gov.sy” saytını “qırıb”.

Tarix: 17/08/11 Veb-səyyahlarının təhlükəsizliyi araşdırılıb

“NSS Labs” şirkəti istifadəçilərin sosial “injenerinq” (mühəndislik) metodlarına əsaslanan şəbəkə hücumlarının müdafiəsi sahəsində müasir səyyahların effektivliyini qiymətləndirib.

Tarix: 15/08/11 ABŞ Çini yenidən internet-casusluqda ittiham edib

İT təhlükəsizlik üzrə müstəqil ekspertlər iddia edirlər ki, “Google” şirkətinin Çin hakerləri tərəfindən edilən hücumlar haqqında qaldırdığı bütün beynəlxalq səs-küyə baxmayaraq,

Tarix: 13/08/11 “Hotmail” poçt xidməti spamın səviyyəsini 3%-ə azaldıb

“Hotmail” elektron poçt xidməti elan edib ki, bu xidmətin istifadəçiləri tərəfindən alınan spamların sayı 5 il əvvəl müşahidə olunmuş pik vəziyyətlə müqayisədə 90% azalıb.

Tarix: 12/08/11 “Facebook”da virus yayılıb

“Facebook” sosial şəbəkəsində “Win32/Delf.QCZ” virus troyanı yayılıb, antivirus proqram təminatı istehsalçısı “ESET”

Tarix: 11/08/11 Ən çox kiberhücuma məruz qalan ölkə

2010-cu il ərzində Çinə təxminən 500 milyon kiberhücum edilib. Bu barədə Fövqəladə vəziyyətlər koordinasiyasının Milli kompyuter mərkəzi məlumat verib.








25 Aprel 2024

24 04 2024