bölmədə 2697 material var

Tarix: 09/06/11 Daşkəsəndə rabitə bərpa olunur

Daşkəsən rayonuna düşən dolu nəticəsində bütün təsərrüfat sahələri kimi, rabitə sahəsinə də ciddi ziyan dəyib. Daşkəsən TKQ-nın rəisi Aslan Rüstəmovun ICTnews-a verdiyi məlumata görə, güclü dolu əsasən Xoşbulaq, Zağalı və Qazaxyolçular kəndlərinə düşüb. Sel suları ilə müşahidə olunan dolu ciddi fəsadlar törədib. Nəticədə Telekommunikasiya Qovşağına məxsus 50-yə yaxın telefon dirəyi aşıb, 1000-ə yaxın abunəçi telefonsuz qalıb.

Tarix: 09/06/11 Düşmənlə təmas xəttində olan bölgələrdə rabitənin vəziyyəti öyrənilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən düşmənlə üzbəüz təmas xəttində yerləşən rayonlarda telekommunikasiya və poçt rabitəsinin, radio-televiziya yayımının, internet xidmətlərinin günün tələbləri səviyyəsində təşkili üçün tədbirlər davam etdirilir.

Tarix: 09/06/11 Azərbaycan “SreXperts Convention -2011” təmsil olunur

Dünya informasiya texnologiyaları mütəxəssisləri “Alcatel-Lucent” şirkətinin təşkilatçılığı ilə Polşanın paytaxtı Varşavada keçirilən “SreXperts Convention - 2011” beynəlxalq tədbirində iştirak edirlər. İyunun 9-dək davam edəcək toplantıda ölkəmizi Məlumat Hesablama Mərkəzi direktorunun müavini Sahib Nəcəfov təmsil edir.

Tarix: 09/06/11 Ucqar dağ kəndlərində internet xidmətləri

Regionlarda abunəçilərin internet xidmətlərindən keyfiyyətli istifadəsi üçün səmərəli tədbirlər həyata keçirilir. Bu məqsədlə “Aztelekom” İstehsalat Birliyi (İB) kəndlərdə ADSL avadanlığının alınıb qurulması üçün tender elan edib.

Tarix: 08/06/11 Nazir Avstriyadadır

Vyanada (Avstriya) Avropa və Mərkəzi Asiya ölkələri üçün Dünya İqtisadi Forumu işə başlayıb. Forumda «İnnovasiya sərhədlərini genişləndirək» mövzusu ətrafında müzakirələr aparılacaq.

Tarix: 08/06/11 Fransa Azərbaycanda kosmik sənayenin inkişafını müsbət qiymətləndirib

Fransada səfərdə olan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov səfər çərçivəsində “Ariane Space” şirkətinin prezidenti, cənab Jan-İv Le Qalla, eləcə də, Fransanın energetika və rəqəmli iqtisadiyyat naziri Erik Bessonla görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Tarix: 08/06/11 Genişzolaqlı Rəqəmsal İnkişaf

Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiya hökumətləri genişzolaqlı çıxışın inkişaf strategiyasını hazırlamağa çağırır Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiya dünyanın bütün ölkələrinin hökumətlərini təcili

Tarix: 08/06/11 YUNESKO-da İKT-nin inkişafı müzakirə edilib

İyunun 6-da YUNESKO-nun mənzil iqamətgahında Birləşmiş Millətlər Təşkilatı Baş katibinin himayədarlığı altında YUNESKO və Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə genişzolaqlı internetin gələcək rəqəmsal inkişafda rolunu həyata keçirən lll komissiyanın iclası keçirilmişdir.

Tarix: 07/06/11 Füzuli rabitəsinə dəymiş zərər aradan qaldırılır

Füzuli rayonuna düşən dolu və baş vermiş qasırğa nəticəsində rayonun bütün sahələri ilə yanaşı, telekommunikasiya və poçt sahəsinə də ciddi ziyan dəyib. Rayonun Telekommunikasiya və Poçt Filialından verilən məlumata görə, rayon rabitəsinə dəymiş ziyanın miqyası böyükdür.

Tarix: 07/06/11 Radio dalğaların yayım keyfiyyəti artırılır

Ölkəmizdə özəl radiokanalların daha keyfiyytətli yayımı istiqamətində işlər aparılır. “Teleradio”İB-dən verilən məlumata görə, Bakı şəhərində birliyin mütəxəssisləri tərəfindən quraşdırılan 1 kVt gücündə “S.B.S” tipli verici vasitəsilə yeni ARAZ FM proqramının yayımına başlanılıb.

Tarix: 06/06/11 “Tətbiqi mexanika və müasir informasiya texnologiyalarının inkişafı”

22-23 sentyabr 2011-ci il tarixlərində Bakıda “Tətbiqi mexanika və müasir informasiya texnologiyalarının inkişafı” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək. Simpozium ənənəvi və yeni kompozit materiallar, nanomühəndislik və nanotexnologiyalar, kommunikasiya sistemlərinin

Tarix: 06/06/11 Bakıda ADSL istifadəçilərinin sayı 110 minə çatdı

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) paytaxt sakinlərinin genişzolaqlı internetə çıxış imkanlarının artırılması məqsədilə yeni tədbirlər həyata keçirir. Həyata keçirilmiş tədbirlər nəticəsində ADSL istifadəçilərinin sayı

Tarix: 06/06/11 Bakının elektronlaşdırılması başa çatdı

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Bakının telefon şəbəkəsinin elektronlaşdırılması layihəsini uğurla başa çatdırıb. BTRİB-in baş mütəxəssisi Elman Qədirovun İCTnews-a verdiyi məlumata görə, layihə ATS 438/439-un elektronlaşdırılması ilə uğurlu şəkildə başa çatdırılıb.

Tarix: 05/06/11 Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov Tallinndə “Şərq tərəfdaşlığı – kibercinayətkarlığa qarşı kooperasiya” (CyberCrime@EAP) beynəlxalq konfransında iştirak edib.

Tarix: 03/06/11 “Amerika və Azərbaycan üçün biznes imkanları”

Bu gün Bakıda “Amerika və Azərbaycan üçün biznes imkanları” mövzusunda konfrans işə başlayıb. Azərbaycan-Amerika Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ və Azərbaycanın iş adamları, tanınmış biznes liderləri iştirak ediblər. Bu görüşlərdə iki ölkə arasında ticari əlaqələrin genişlənməsi və yeni biznes növlərinin qurulmasına dair fikir








19 Mart 2024

18 03 2024