bölmədə 78 material var

Tarix: 29/08/13 Yeni texnologiyaların və İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov www.yap.org.az saytına müsahibə verib.

Tarix: 24/08/13 Azərbaycanda xidmət obyektlərinin məlumat bazası hazırlanır

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı İT ideyalarının meydana gəlməsinə və həyata keçirilməsinə geniş şərait yaradıb. Elə bu səbəbdəndir ki, gənclər öz ideyalarını irəli sürməyə çəkinmirlər.

Tarix: 17/08/13 «Sosial şəbəkələrdə yazılanları sahiblərinə çatdıracağıq»

Azərbaycanda çox az sayda, bəlkə də yeganə bir sahə var ki, onun mütəxəssisi 3000 manat məvacib aldığı işindən öz ərizəsi ilə çıxa bilər. Bu da sözsüz ki, informasiya-kommunikasiya texnologiyaları sahəsidir. Çünki İKT sektorunun yaratdığı geniş imkanlar daha çox vəsait qazanmağa və eləcə də öz şirkətini qurmağa imkan yaradır.

Tarix: 09/08/13 “Applied and Computational Mathematics” - “Thomson Reuters”in siyahısında impakt faktor alan ilk və yeganə Azərbaycan jurnalı

İnteqrasiyasız inkişafın mümkünsüz olduğu müasir günümüzdə alimlərin əsərlərinin nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc edilməsi elmin qarşısında qoyulan vacib məsələdir.

Tarix: 03/08/13 Azərbaycanda göz vurmaqla mobil telefonu işə salacaq sistem hazırlanır

Azərbaycanda fərdi kompüter və internet istifadəçilərinin sayının artması, informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük irəliləyişlərin əldə olunması, onlayn ticarətin həcminin getdikcə böyüməsi, hökumətin elektron xidmətləri təşviq etməsi İKT bazarının, innovasiyalı iqtisadiyyatın imkanlarını genişləndirib

Tarix: 20/07/13 Tural Əlisoy: “Ümid edirəm ki, texnologiyalar inkişaf etdikcə, fiziki qüsurlu insanların bir çox sahələrdə aktiv iştirakına şərait yaradılacaq”

Gələcək fəaliyyətini innovativ düşüncələr üzərində quranlar sırasında sağlamlıq imkanları məhdud iştirakçılar da var. Onlardan biri - “Kinotap” saytının məzmun-idarəetmə meneceri Tural Əlisoy “Rabitə dünyası” qəzetinin əməkdaşı ilə söhbətinə İT sahəsinə olan marağı ilə başladı:

Tarix: 13/07/13 Eldar Abbasov: “Hər hansı layihəni təhlil edən zaman ilk növbədə ideyanın innovativliyini, sonda isə riskini dəyərləndiririk”

Elmi-texniki araşdırmalar, kəşflər, ixtiralar, ideyalar. Onların hər birinin nəticələrinin özünü nə qədər doğruldacağı bəzən ciddi risk yaradır. Buna baxmayaraq, bu düşüncə məhsullarının həyata keçirilməsi, novatoruluğun, yeni ideyaların dəstəklənməsi üçün çəkinmədən yardım edənlər də mövcuddur.

Tarix: 06/07/13 Səfir Roland Kobia: “İKT sektorunda Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik"

Avropa İttifaqı ilə (Aİ) Azərbaycan arasındakı əlaqələr 1990-cı illərin əvvəlinə təsadüf edib, Avropa Komissiyasının Müstəqil Dövlətlər Birliyinə göstərdiyi yardımla -TASİS proqramı işlə başlayıb.

Tarix: 29/06/13 Nevrologiya Klinikasının rəhbəri: “Kompüterin həddindən artıq və yanlış istifadəsi səhhətimizdə problemlərin artmasına səbəb olur”

Səhhətimizlə bağlı yaranan kiçik nüanslara bəzən dırnaqarası baxır, ara-sıra baş verən narahatlıqları əksər hallarda ciddi qəbul etmirik.

Tarix: 22/06/13 Telefonçu qız...

Birinci dəfə işə gələndə indi xatırlamadığım hansısa rayon qovşağına zəng etmək istəyirdim. Deyəsən, bu, Yardımlı rayonu idi. Hansısa kənddə telefonların işləməməsi ilə bağlı şikayət var idi.

Tarix: 15/06/13 Kaliforniyalı futuroloq: “Azərbaycanda tikiləcək texnoparklar gələcəkdə Silikon vadisi ilə əməkdaşlıq edə bilər”

“Əgər gələcək haqqında düşünməsəniz, əsla bir gələcəyiniz olmaz”- zamanında bu kəlməni avtomobil istehsalçısı, “Ford Motor Company” şirkətinin qurucusu Henri Ford deyib.

Tarix: 18/05/13 “QUTechnopark”ın müdiri: “Orta Doğu Texniki Universitetinin texnopark təcrübəsinə daha çox əhəmiyyət veririk”

Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı və 2013-cü ilin yanvar ayında Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universiteti texnoparkı “QUTechnopark” adlandırıldı.

Tarix: 04/05/13 BTİ-nin rəsmisi: “İKT-nin inkişaf səviyyəsini qiymətləndirmək üçün təqdim olunan bütün rəqəmlər xüsusi mexanizm vasitəsilə dəqiqləşdirilir”

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) müəyyənləşdirdiyi “İKT-nin inkişaf indeksi” dünya ölkələrində İKT-nin inkişaf dinamikasını xarakterizə edən əsas göstərici sayılır.

Tarix: 26/04/13 Bakıda “IDC”-nin nümayəndəliyi fəaliyyətə başlaya bilər

Bakıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə informasiya təhlükəsizliyi və verilənlərin saxlanılması məqsədilə istifadə olunan müasir texnologiyalarla bağlı problemlərin həllinə həsr olunmuş "IDC IT Security and Datacenters Transformation Roadshow 2013" illik beynəlxalq konfrans keçirilib.

Tarix: 22/04/13 “Yüksək Texnologiyalar Parkı”nın direktoru: “Strategiyamıza uyğun olaraq fəaliyyətimizi iki hissəyə böləcəyik”

Hazırda ölkəmizdə “Yüksək Texnologiyalar Parkı”nın (YTP) formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır. Məlum olduğu kimi, 5 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Yüksək Texnologiyalar Parkının yaradılması” haqqında Fərman imzalayıb.

1 2 3 4 5 6








29 Mart 2024

28 03 2024