bölmədə 3428 material var

Tarix: 30/06/11 “Pic3D” plyonkası adi ekranı 3D panelə çevirəcək

Yapon şirkəti “Global Wave” “Pic3D” plyonkasını hazırlayıb. Onun sayəsində adi ekranda stereoskopik təsvirə baxmaq olar. “Pic3D”-nin iş prinsipi pilləli linzalar sistemindən istifadəyə əsaslanıb.

Tarix: 30/06/11 “Nokia” N9 smartfonu ilə çəkilən fotoları dərc edib

Yeni “Nokia” N9 smartfonunun funksionallığının ən maraqlı detallarından biri 8 meqapikselli fotomoduldur . Şirkət yeni “Nokia”nın mobil qurğular arasında ən yaxşılardan biri olduğunu, həmçinin kameranın çox sürətli işlədiyini bildirib.

Tarix: 30/06/11 Uşaqlar üçün yeni planşet istifadəyə verilib

Oyuncaq istehsalçısı “LeapFrog” “LeapPad Explorer” planşeti istehsal edib. Qurğu 4 yaşdan 9 yaşadək uşaqlar üçün nəzərdə tutulub. Uşaq planşeti 480x272 piksel kəskinlikli 5 düyməli sensor ekranla təchiz olunub və 400 MHz tezlikli

Tarix: 30/06/11 “WiGig” simsiz əlaqə dəstəkli qurğular 2012-ci ildə çıxacaq

“WiGig” (Wireless Gigabit) ittifaqı yaxın hərəkət radiusunun simsiz əlaqə standartının 1.1 spesifikasiyasını elan edib. “WiGig” texnologiyası lisenziyasız “60 QHz” tezlik diapazonundan istifadəni nəzərdə tutur.

Tarix: 29/06/11 “WebOS” planşeti (VİDEO)

“WebOS” ilə işləyəcək “HP TouchPad” planşetinin rəsmi satışları bu cümə günü, iyulun 1-i başlayır. Qeyd edək ki, qurğunu keçən həftədən sifariş etmək olardı.

Tarix: 28/06/11 İnsan barmaqlarının idarə edilməsi üçün qurğu ixtira edilib (VIDEO)

Tokio Universiteti və “Sony” tədqiqat mərkəzinin birgə səyi nəticəsində insanın barmaqlarının hərəkətlərini idarə edən “Possessed Hand” qurğusu hazırlanıb. Bu, ovucun 28 nöqtəsindən birinə kiçik elektrik gərginliyinin verilməsi yolu ilə əldə edilir.

Tarix: 28/06/11 Dünyada ilk dəfə olaraq planşetlər üçün xüsusi sərt disk

“Seagate” şirkəti "dünyada ilk dəfə olaraq planşet və noutbuklar üçün təyin olunmuş xüsusi sərt disk" hazırlayacaq. 2.5 form-faktorunda hazırlanmış “Momentus Thin” daşıyıcıları 7 mm qalınlığa malikdir. Bu, onları ənənəvi fləş modulların əvəzinə incə korpusla mini- kompyuterlərə quraşdırmağa imkan verir.

Tarix: 25/06/11 Noutbuk klaviaturası əl toxunuşu ilə enerji toplaya biləcək

Melbrunda Kral Texniki İnstitutunun tədqiqatçıları (RMIT) noutbukların yüklənməsi üçün barmaqların klaviaturaya toxunuşu ilə yaranan enerjidən istifadə etməyi təklif edib. İdeyanın mahiyyəti klavişləri pyezoelektrik materialdan həddindən çox nazik plyonka ilə örtməkdən ibarətdir.

Tarix: 24/06/11 “Nokia” “Windows Phone 7” əsasında öz ilk smartfonunu təqdim edib

“Nokia” korporasiyasının ilk “WP7” smartfonunu görmək üçün 26 oktyabrı gözləməyə ehtiyac qalmadı. Bu gün şəbəkədə “Windows Phone 7” əməliyyat sistemi ilə işləyən qurğunun şəkil və videosu yerləşdirilib.“Sea Ray” kod adı ilə olan qurğunun texniki xarakteristikaları haqqında məlumat yoxdur. Ehtimal edilir ki, yaxın günlərdə onun haqqında

Tarix: 24/06/11 “Amazon.com”un rəhbərindən qeyri-adi layihə

“Amazon”un yaradıcısı və rəhbəri Ceff Bezos bir gün əvvəl qeyri-adi layihəyə start verib. Layihəyə əsasən "vaxtın özünü testdən keçirməyə" qadir saat hazırlamaq güman edilir.

Tarix: 24/06/11 Yaponlar 5 barmaqlı maus hazırlayıblar (VİDEO)

Yapon şirkəti “Double Research & Development” Amenbo manipulyatorunu təqdim edib. O, əlin beş barmağından istifadə edərək kompyuteri idarə etməyə icazə verir. Amenbo 6 əsas elementdən ibarətdir: ovuc altı dayaqlar və barmaqlar altında dayaqla məftillərlə birləşən beş altlıq.

Tarix: 23/06/11 Dünyanın ən kiçik fotokamerası

“Pentax” şirkəti bu gün12.4 meqapiksel matrislə təchiz edilmiş yeni güzgüsüz fotoaparat barədə məlumat verib. Təqdim edilmiş qurğu “Pentax Q” adını alıb və iddia edilir ki, o, bu gün dünyada dəyişkən optika ilə ən yığcam və yüngül fotokameradır. Fotokameranın ölçüləri 98×58×30 millimetr təşkil edir, çəkisi isə təxminən 200 qramdır.

Tarix: 23/06/11 “Nokia N9” (VİDEO)

Dünən təqdim edilmiş “Nokia N9” “MeeGo”-smartfonunda Android əməliyyat sistemi üçün yazılmış proqramları icra etmək mümkün olacaq. Bu barədə “Alien Dalvik” platformasını hazırlamış “Myriad” şirkətinin nümayəndəsi bildirib. Bu ilin əvvəlində həmin platformanın köməkliyi ilə Android proqramını N900 smartfonunda tətbiq edirdilər.

Tarix: 23/06/11 99 dollara yeni planşet

“Archos” şirkəti Android 2.2 əməliyyat sistemi ilə işləyən ucuz qiymətə Arnova 7 planşetini istifadəyə verib. Qurğunu 99 dollar dəyərində qiymətləndiriblər. Bu pula alıcı yalnız 7 diaqonallı və 800x480 piksel kəskinlikli rezistiv ekran əldə edə bilər.

Tarix: 22/06/11 “iPhone 5”-in xarakteristikası

Bloomberg” informasiya agentliyi “Apple” şirkətinin istifadəyə hazırladığı yeni “iPhone” smartfonunun xarakteristikalarını dərc edib. İnformasiyanı şirkətə yaxın və anonim qalmağı istəyən 2 mənbə verib. Məlumata görə, yeni “iPhone” 2 nüvəli A5 prosessoru əsasında olacaq. Analojı çip “iPad 2” planşetində istifadə olunur.








18 Aprel 2024

17 04 2024