bölmədə 3428 material var

Tarix: 22/06/11 100 nüvəli prosessor

Yeni mikroprosessor istehsalçısı “Tilera” bu gün 100 nüvəli yeni mərkəzi prosessor (CPU) haqda məlumat verib. Şirkət yeni prosessorların bazar liderləri – “İntel” və “Advanced Micro Devices” ilə müvəffəqiyyətlə rəqabət aparmağa qadir olacağına ümid edir. “Tilera”dan bildiriblər ki, 100 nüvəli “TileGX-3100” çipləri kifayət qədər az elektrik enerjisi sərf edir.

Tarix: 21/06/11 Dünyada günəş batareyası ilə işləyən ilk netbuk

“Samsung” şirkəti 10,1 düym SuperBright LED ekranı ilə təchiz edilmiş “NC215S” netbukunu təqdim edib. Yeniliyin əsas xüsusiyyəti qurğuya inteqrasiya edilmiş günəş batareyasıdır. Dünyada ilk dəfə olaraq bu sistem netbuklara tətbiq edilir. 2 saat günəş vasitəsilə yüklənmə kompyuteri 1 saat enerji ilə təmin edəcək.

Tarix: 21/06/11 Telefonlar mayka və səsin köməyi ilə enerji yığacaq (VIDEO)

Artıq bir neçə ildir ki, “Orange” operatoru hər il məxsusi “Qlastonberi” festivalının ziyarətçiləri üçün telefonların yüklənməsinin orijinal üsullarını fikirləşir. Keçən il, “Orange”nin Britaniya bölməsi istiliyi elektrik enerjisinə çevirən rezin çəkmələr təklif edib.

Tarix: 21/06/11 “İntel”dən az enerji istehlak edən yeni prosessorlar

“İntel” korporasiyası portativ kompyuterlər üçün mikroprosessorlar siyahısına 4 yeni model — “Core i5-2557M”, “Core i7-2637M”, “Core i7-2677M” və “Celeron 847” əlavə edib. Bütün çiplər 32 nanometr texnologiya üzrə hazırlanıb

Tarix: 20/06/11 “Motorola” yeni smartfonunu təqdim edib

Amerika korporasiyası “Motorola” üçüncü nəsil Milestone smartfonunu elan edib. Şirkət XT883 adlı qurğunun Çin versiyasından təfərrüatı ilə danışıb. Amma qurğu texniki xarakteristikalarına görə Avropa versiyasından fərqlənir.

Tarix: 20/06/11 “Nokia E6”-nın onlayn sifarişinə başlanılıb

“Amazon” internet mağazası Symbian əməliyyat sistemində çalışan “Nokia E6” biznes-klass kommunikatorlarına ilkin sifarişlərin qəbuluna başlayıb. Qurğu monoblok korpusda hazırlanmış, 2,46 düym diaqonallı və 640×480 nöqtə kəskinlikli sensor ekran və QWERTY düzülüşlü klaviatura ilə təchiz edilib.

Tarix: 20/06/11 Bu il USB 3.0 dəstəkli 80 milyon qurğu istifadəyə veriləcək

İn-Stat agentliyinin məlumatına görə, bu il USB 3.0 dəstəkli təxminən 80 milyon qurğu istifadəyə veriləcək. USB interfeysi ilə qurğuların ümumi sayı 2010-cu ildə 3.5 milyonu ötüb. Ən maraqlısı isə odur ki, ekspertlər digər istehlak elektronikası arasında mobil telefonları USB interfeysinin ən fəal inkişaf edən daşıyıcısı adlandırırlar. 2010-cu ildə USB dəstəkli 1,2 milyard mobil telefon istehsal olunub.

Tarix: 18/06/11 "Ətirli" telefon

Fujitsu” şirkəti F-022 telefonunu təqdim edib. İlk baxışda standart Asiya modeli üçün qeyri-adi heç nə yoxdur: Böyük ekran, parlaq tərtibat. Bununla belə yenilik ətir çiləmək üçün lazımi modulla təchiz edilib. Bu modul sayəsində telefon uzun müddət ətir saçacaq.

Tarix: 18/06/11 “Panasonic” möhkəm Android planşet hazırlayır

Panasonic” şirkəti “İnfoComm 2011” sərgisində “Toughbook” planşet kompyuterini nümayiş etdirib. Çox möhkəm korpusda hazırlanmış kompyuter Android əməliyyat sisteminin nəzarəti altında işləyir. Sensor multitaç-displey 10.1 düym diaqonala

Tarix: 17/06/11 Məlumatları batareyasız ötürməyə icazə verən yeni texnologiya

Renesas Electronics şirkəti yaxın hərəkət radiusunun simsiz əlaqə texnologiyasını hazırlayıb. Bu texnologiya vasitəsi ilə batareya və ya akkumulyatordan istifadə etmədən Bluetooth və Wi-Fi dəstəkli qurğulara məlumatları ötürmək mümkündür.

Tarix: 17/06/11 “Google” yeni smartfon təqdim edəcək

Veb mənbələrin bildirdiyinə görə, “Google” şirkəti bu il “Nexus” smartfonunun 3-cü modelini təqdim edəcək. “Nexus 4G” aparatı LTE texnologiyasından istifadə edən dördüncü nəsil mobil şəbəkələrində işləyə biləcək.

Tarix: 16/06/11 Yaponiyada nəhəng innovasiyalı qlobus yaradılıb (VIDEO)

Bu günlərdə Tokioda (Yaponiya) Elmin və İnnovasiyaların İnkişafı Milli Muzeyində dünyada ilk böyük diametrli OLED-qlobusun təqdimatı olub. br>Geo-Cosmos adlandırılan konstruksiya “Mitsubishi Electric” şirkəti tərəfindən yaradılıb. O, 18 m hündürlükdə asılmış alüminium kürədir.

Tarix: 16/06/11 “İntel”dən yeni sərt disk

“İntel” firması tərəfindən hazırlanacaq və istehsalı cari ilin 3-cü rübündə gözlənilən 710 Series və 720 Series sərt daşıyıcılarının texniki parametrləri məlum olub. 710 Series daşıyıcıları çoxsəviyyəli xanaların (MLC) texnologiyası üzrə NAND fləş yaddaşının

Tarix: 16/06/11 Hindistanda qiyməti 50 dollar olan planşet istifadəyə veriblər

Çox ucuz tədris planşetinin istehsalı üzrə hind layihəsindəki çətinliklərə baxmayaraq, qurğu istifadəyə verilib. “PluGGd” –un bildirdiyi kimi, iyun ayının sonunda 10 min nüsxə həcmində Sakshat-ın birinci partiyası hind universitetlərindən birinə veriləcək. Sonrakı bir neçə ay ərzində daha 90 min Sakshat digər təhsil müəssisələrinə təqdim olunacaq.

Tarix: 14/06/11 Yeni nəsil prosessorlar (VIDEO)

İndi AMD şirkəti rəsmən əvvəllər Llano kod adı ilə məlum olan A-Series hibrid prosessorlarını elan edib. Portativ kompyuterlərdə istifadə üçün nəzərdə tutulmuş cəmi 7 çip təqdim edilib. Onlardan beşi 4 nüvə və 4 MB ikinci səviyyə keşə, digər ikisi isə 2 nüvə və 2 MB keşə malikdirlər.








20 Aprel 2024

19 04 2024