bölmədə 96 material var

Tarix: 31/05/14 Nazir IX Qara Dəniz və Xəzər Tənzimləyici Konfransında iştirak edib

Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı, Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin dəstəyi ilə cari ilin 29-30 may tarixlərində İstanbulda IX Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçirilib.

Tarix: 20/05/14 Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin “EuraCA”-ya cəlb olunması qərara alınıb

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) 20-ci konfransında iştirak edib.

Tarix: 24/04/14 “Caspian Telecoms 2014” beynəlxalq konfransı işə başlayıb

Bu gün İstanbulda 13-cü Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları konfransı "Caspian Telecoms-2014" işə başlayıb.

Tarix: 16/04/14 Vətəndaşların NƏZƏRİNƏ!

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun aprel ayının 19-u saat 12:00-da Astara rayonunda  əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Tarix: 15/03/14 Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentinada işgüzar səfərdə olmuşdur

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentinada işgüzar səfərdə olmuşdur

Tarix: 12/03/14 Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Çilidə səfərdə olub

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 10-11 mart tarixlərində Çili Respublikasında prezident mandatının cənab Sebastian Pinera Eçenikedən yeni seçilmiş prezident xanım Mişel Baçeletə keçməsi mərasimində Azərbaycan Respublikası hökuməti adından iştirak etmək məqsədilə Çilidə səfərdə olub.

Tarix: 05/02/14 Nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti 17-ci Avrasiya İqtisadi Sammitində iştirak edir

Fevralın 4-də Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 17-ci Avrasiya İqtisadi Sammiti öz işinə başlayıb.

Tarix: 13/12/13 Yaponiya ilə İKT üzrə əməkdaşlıq ölkəmizdə sahənin daha sürətli inkişafına təkan verəcək

Yaponiya Xarici İşlər Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gündoğar ölkədə rəsmi səfərdə olub. 

Tarix: 09/12/13 Nazir Yaponiyada rəsmi səfərdədir

9-12 dekabr tarixlərində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Yaponiyanın Tokio şəhərində rəsmi səfərdə olacaq.

Tarix: 22/11/13 Banqkok şəhərində “ITU TelecomWorld 2013” sərgi-konfransı başa çatıb

Tailandın Banqkok şəhərində informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə Asiya ölkələrinin sammiti, eyni zamanda,   Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) nüfuzlu “ITU TelecomWorld 2013” sərgi-konfransı öz işini başa çatdırıb.

Tarix: 14/11/13 Azərbaycanla Türkiyə arasında elm, texnologiya, sənaye və sahibkarlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Tarix: 13/11/13 Nazir Macarıstanda rəsmi səfərdə olub

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov Macarıstanın iqtisadi inkişaf naziri xanım Juja Nemetin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.

Tarix: 08/11/13 Nazir Macarıstana səfər edəcək

Macarıstanda informasiya texnologiyaları sahəsinə cavabdeh milli inkişaf naziri xanım Zuza Nemesin dəvəti ilə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov  8-9 noyabr tarixlərində Budapeşt şəhərində səfərdə olacaq.

Tarix: 02/10/13 Vətəndaşların NƏZƏRİNƏ!

     Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oktyabr ayının   4-də saat 11:00-da Biləsuvar rayonunda (Biləsuvar, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəbrayıl) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Tarix: 16/09/13 Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak edib

Sentyabrın 11-13-də Çin Xalq Respublikasının (ÇXR) Dalyan şəhərində Dünya İqtisadi Forumunun yeddinci illik iclası  keçirilib.

1 2 3 4 5 6 7








19 Mart 2024

18 03 2024