bölmədə 1303 material var

Tarix: 11/08/14 İnkişaf etməkdə olan ölkələrdə kompüterlərin 60 faizi əməliyyat sistemsiz satılır

“Microsoft” şirkətinə inkişaf etməkdə olan ölkələrdə işləmək çətindir. Çünki bu ölkələrdə  əvvəlki illərdə olduğu kimi piratçılıq geniş yayılıb. Analitik və bazar iştirakçılarının rəyini soruşmuş “Reuters” agentliyi piratçılığın geniş yayıldığı Çin və başqa dövlətlərdə proqram nəhənginin problemləri haqda yazıb.

Tarix: 11/08/14 “Microsoft” “Windows Phone 7” üçün “Skype”ın dəstəyini dayandırır

“Windows Phone 7” (WP 7) platforması ilə işləyən mobil qurğularına “Skype” tətbiqini quraşdırmış istifadəçilər xidmətdən istifadə edə bilmirlər.

Tarix: 08/08/14 2016-cı ildə “Internet Explorer” brauzerinin köhnə versiyalarından imtina olunacaq

“Microsoft” növbəti ilin əvvəlindən “Internet Explorer” (IE) brauzerinin köhnə versiyaları üçün texniki dəstəyin və təhlükəsizlik yeniləmələrinin göndərilməsini dayandırmaq niyyətini elan edib. Şirkət istifadəçiləri yeni proqram təminatına keçməyə səsləyib.

Tarix: 08/08/14 “Windows Phone” platforması üçün 300 min tətbiq yaradılıb

“Microsoft”un rəsmi veb-saytında statistik göstəricilərə həsr edilmiş səhifə yenilənib. “Windows Phone Store” mağazasında tətbiqlərin sayı 300 minə çatıb. Kataloqda yerləşdirilmiş bütün proqram təminatı “Windows Phone” əməliyyat sistemi (ƏS) ilə işləyən smartfonlar üçün nəzərdə tutulub.

Tarix: 07/08/14 1944-cü ilin bu günü ABŞ-da ilk proqramlaşdırılmış kompüter işə salınıb

1944-cü il avqustun 7-də ABŞ-ın ilk proqramlaşdırılmış kompüteri - "Mark I" işə salınıb. Qurğu "IBM" korporasiyası ilə imzalanmış müqaviləyə əsasən, gənc riyaziyyatçı Hovard Ayken və  şirkətin dörd mühəndisi tərəfindən hazırlanıb.

Tarix: 06/08/14 “Android” veb-trafikin həcminə görə “iOS”-u ötüb

“Android” və “iOS” platformaları mobil əməliyyat sistemləri bazarında əvvəlki kimi əsas rəqibdirlər.

Tarix: 06/08/14 “Microsoft” şirkəti “Surface Pro 3”-ün qiymətini tələbələr üçün 150 dollar azaldıb

“Microsoft” şirkəti ABŞ-da tələbələrə “Surface Pro 3” planşetinə 150 dollar məbləğində endirim təklif edib. Bu haqda “Microsoft”un saytında yazılıb.

Tarix: 05/08/14 “Microsoft” korporasiyası “Windows 9” əməliyyat sistemini 2015-ci ilin əvvəlində istifadəyə verəcək

“Microsoft” korporasiyasının hazırda üzərində işlədiyi növbəti böyük layihə - “Windows 9” əməliyyat sistemini 2015-ci ilin əvvəlində istifadəyə verəcəyi gözlənilir.

Tarix: 04/08/14 “iOS” istifadəçiləri “Android” istifadəçilərindən 7 dəfə daha aktivdirlər

Mobil qurğular bazarında “Android” platformasının bazar payı 85%-ə çatır, “iOS”-da bu göstərici 11,9% təşkil edir. Ancaq istifadəçilərin aktivliyini araşdırdıqda məlum olur ki, hər iki platformanın tərəfdarları internetdə təxminən eyni dərəcədə aktivlik göstərirlər.

Tarix: 04/08/14 Terrorçular hansı mobil əməliyyat sisteminə üstünlük verirlər?

“Recorded Future” şirkətinin saytında yazılıb ki, "Əl-Qaidə" və Yaxın Şərqin başqa terror təşkilatlarının üzvləri “Android” platforması ilə işləyən smartfonlara üstünlük verir.

Tarix: 04/08/14 “Microsoft” şirkəti “Windows Phone 8.1.” əməliyyat sisteminin yeni mobil versiyasını təkmilləşdirib

“Microsoft” şirkəti bu həftədən etibarən “Windows Phone 8.1.” əməliyyat sisteminin yeni mobil versiyasını yaymağa başlayacaq.

Tarix: 02/08/14 Avropa Komissiyası “Google” şirkətinin əməliyyat sistemləri bazarında sui-istifadə hallarını araşdırır

Avropa İttifaqının (Aİ) antiinhisar orqanları əksər mobil qurğularda quraşdırılan “Android” əməliyyat sistemi ilə bağlı araşdırmaya başlamaq niyyətindədir. “Reuters” agentliyinin məlumatına görə, hazırda tənzimləyici orqanlar bunun üçün lazımi məlumatların toplanılması ilə məşğuldur.

Tarix: 02/08/14 Avropa Komissiyası “Google” şirkətinin əməliyyat sistemləri bazarında sui-istifadə hallarını araşdırır

Avropa İttifaqının (Aİ) antiinhisar orqanları əksər mobil qurğularda quraşdırılan “Android” əməliyyat sistemi ilə bağlı araşdırmaya başlamaq niyyətindədir. “Reuters” agentliyinin məlumatına görə, hazırda tənzimləyici orqanlar bunun üçün lazımi məlumatların toplanılması ilə məşğuldur.

Tarix: 02/08/14 “Microsoft Office” paketi 25 illiyini qeyd edib

25 il bundan əvvəl “Microsoft” korporasiyası CD diskdə dörd ofis proqramını təqdim edib: “Microsoft Word” mətn redaktoru, cədvəllərlə işləmək üçün “Microsoft Excel” proqramı, “Microsoft PowerPoint” və “Microsoft Mail” poçt xidmətini.

Tarix: 31/07/14 “Microsoft” və “Intel” şirkətləri “Sharks Cove” lövhəsini nümayiş etdirib

“Microsoft” şirkəti “Intel” korporasiyası və “CircuitCo” şirkəti ilə birgə “Sharks Cove” lövhəsini buraxıb ki, bu da müəyyən dərəcədə “Raspberry Pi” lövhəsinin analoqudur.








29 Mart 2024

28 03 2024