bölmədə 1303 material var

Tarix: 31/07/14 Qlobal smartfon bazarında “Android”in payı 85%-ə çatıb

“Google”un qlobal smartfon bazarında liderliyi möhkəmlənir. “Strategy Analytics” tədqiqat firmasının məlumatına görə, 2014-cü ilin ikinci rübündə “Android” platforması ilə işləyən 249,6 milyon "ağıllı" telefon buraxılıb ki, bu da tədarük edilmiş qurğuların 84,6%-i deməkdir. Bir il əvvəl “Android” smartfonlarının tədarükü 186,8 milyon təşkil edib.

Tarix: 31/07/14 “Android” platformasında kritik boşluq aşkar edilib

“Bluebox Labs” şirkətinin təhlükəsizlik üzrə ekspertləri “Android” mobil əməliyyat sistemində ciddi boşluq aşkar ediblər. Nəticədə hakerlər qurğuya giriş əldə edir və onlar vacib informasiyanı, həmçinin elektron poçtla məxfi yazışma və “Google Wallet”də əməliyyat tarixçəsini ələ keçirmək imkanı əldə edirlər.

Tarix: 26/07/14 “iOS” üçün “Gmail”in yeni versiyasında faylları “Disk”də saxlamaq mümkün olub

“Google” şirkəti “iPhone” və “iPad” qurğuları üçün “Gmail” poçt kliyentinin yeni versiyasını buraxıb. Yeni versiyada məktublara bərkidilmiş sənədləri "Disk"də saxlamaq, həmçinin məktublara  "Disk"dən fayllar bərkitmək imkanı əlçatan olub.

Tarix: 26/07/14 Sistem inzibatçısı günü

2000-ci ildə amerikalı Ted Kekatos Sistem inzibatçısı günü (texniki dəstək və kompüter, şəbəkə və proqramların işinin optimallaşdırılması üzrə mütəxəssis) adlı yeni bayram təsis etməyə qərar verib.

Tarix: 25/07/14 "Internet Explorer” brauzerində boşluqların sayı 100 faiz artıb

“Bromium Labs” şirkəti cari ilin ilk altı ayında ictimaiyyətə məlum boşluq və eksploytları təhlil edib.

Tarix: 24/07/14 Yeni noutbuklara quraşdırılmış “Windows 8”-in payı 90%-dən aşağı düşüb

Noutbuklara quraşdırılan əməliyyat sistemləri arasında “Windows 8”-in  payı 90%-dən aşağı olub. Bu haqda Tayvanın komponent  tədarükçüləri arasında mənbələrə istinadən “Digitimes” resursu yazıb.

Tarix: 21/07/14 “Android” yüklənən tətbiqlərin sayına görə “iOS” platformasını qabaqlayır

“App Annie” analitik firmasının məlumatına görə, “Android” yüklənən tətbiqlərin sayına görə “iOS” platformasını ötüb. Amma mobil proqram təminatı satışlarından əldə olunan gəlir həcminə görə əvvəlki kimi “Apple” liderdir.
 

Tarix: 18/07/14 “Microsoft” şirkəti “Android”lə bağlı eksperimentini dayandırdı

“Microsoft” şirkəti  "Nokia X” xəttində  “Android” smartfonlarının tərtibatını dayandırıb. “ICTnews” xəbər xidmətinin “www.lenta.ru” saytına istinadən verdiyi məlumata əsasən, ilk smartfonlar bu ilin fevral ayında təqdim edilib. Artıq 4 ay ötdükdən sonra “Microsoft” eksperimenti dayandırmaq planları haqda bəyan edib.

Tarix: 17/07/14 “Android” üçün “Dr.Web”in Azərbaycan dilində lokallaşdırılmış yenilənmiş versiyası təqdim edilib

“Doktor Veb” şirkətinin “Dr.Web” məhsulunun “Android”in 9.01.3. versiyasınadək yenilənməsi çıxıb.

Tarix: 15/07/14 “Microsoft” şirkəti “Office 365” sisteminin tarif planlarının qiyməti azalacaq

“Microsoft” şirkəti “SaaS” məhsulları bazarında artan rəqabətə dayanıqlığını artırmaq məqsədi ilə “Office 365” sisteminin tarif planlarının qiymətinin yenidən azalacağını anons edib.

Tarix: 14/07/14 “App Store” dükanında təqdim edilən proqramların 80 faizinə tələbat olmayıb

“Adjust” şirkətinin keçirdiyi araşdırmanın nəticələrinə əsasən, “App Store” dükanında təqdim edilən proqramların 80 faizinə istifadəçilər tərəfindən tələbat müşahidə olunmayıb. Bu proqramlar heç vaxt 39 min məşhur servislər siyahısından heç birinə düşməyib.

Tarix: 14/07/14 “Windows Phone” sisteminin hansı ölkələrdə populyar olması bəlli oldu

“AdDuplex” şirkəti “Windows Phone” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların hansı ölkələrdə daha çox populyar olmasını əks etdirən 20 ölkənin siyahısını təqdim edib

Tarix: 11/07/14 Beş ildən sonra 24 milyon avtomobil “CarPlay” texnologiyasını dəstəkləyəcək

“ABI Research” tədqiqat şirkətinin proqnozuna görə, 2019-cu ildə “CarPlay” interfeysini dəstəkləyən avtomobillərin sayı 24 milyona çatacaq. Bu maşınların əksəriyyəti digər oxşar standartlarla da uyğunluq təşkil edəcək.

Tarix: 10/07/14 Yeni “Windows Phone”da çoxpəncərəli interfeys yaradılacaq

“Windows Phone” qurğusunun yeni versiyasında çoxpəncərəli interfeys yaradılacaq.

Tarix: 10/07/14 “Windows 7” sisteminin əsas dəstəklənməsi 2015-ci ilin əvvəlində dayandırılacaq

“Microsoft” korporasiyası bir neçə əməliyyat sisteminin, o cümlədən fərdi kompüter istifadəçiləri arasında ən populyar olan “Windows 7” əməliyyat sisteminin dəstəklənməsinin dayandırılacağı müddəti açıqlayıb.








29 Mart 2024

28 03 2024