bölmədə 5632 material var

Tarix: 16/06/11 “Facebook” “iPhone” üçün fotoproqram təminatı istifadəyə verəcək

“Facebook” sosial şəbəkəsi fotoqrafiya ilə iş üçün mobil proqram hazırlayır. Proqram iOS əməliyyat sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulub. Proqramın funksionalı haqqında ətraflı məlumat verilmir.

Tarix: 16/06/11 Ucqar kənd məktəbləri vahid məlumat bazasına simsiz şəbəkə ilə qoşulacaq

Təhsil Nazirliyi nəzdində ölkənin məktəbəqədər, orta təhsil və məktəbdənkənar təhsil müəssisələrinin məlumat bazası yaradılıb. Nazirliyin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadiqovun sözlərinə görə, məlumat bazası təhsil müəssisələri arasında məlumat mübadiləsi üçün vahid təhsil şəbəkəsinə birləşib. O bildirib ki, respublikanın bütün təhsil müəssisələri

Tarix: 14/06/11 Yeni taksilər internetlə təchiz ediləcək

London taksilərinin aparıcı istehsalçısı olan “Manganese Bronze Holdings PLC” şirkəti ilə müqavilə çərçivəsində Bakıya gətirilən “London Taxi TX4” avtomobillərinin bir hissəsi sərnişinlərə xidmət göstərməyə başlayıb. Artıq taksinin komfortlu xidməti sərnişinlərin marağına səbəb olub.

Tarix: 14/06/11 Vergi üzrə xüsusi elektron xidmət bölməsi yaradılacaq

Vergilər Nazirliyində Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı kollegiya iclası keçirilib. İclasda qarşıdakı illər ərzində bu sahədə maraqlı yeniliklərin gözlənildiyi bildirilib. Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqi nəticəsində Azərbaycanın

Tarix: 14/06/11 “Nokia” qalib gəldi

İl yarımdan çox davam edən “Nokia” və “Apple” arasındakı "patent müharibəsi" sona çatıb. Tərəflər korporasiyaların bütün qarşılıqlı iddialarını həll edən dünya sazişi imzalayıblar. Fin press-relizinə görə, “Nokia” şirkəti mübarizədə sözsüz qalib olub.

Tarix: 14/06/11 Azərbaycanda 3G mobil internet Böyük Britaniyadan daha sürətlidir

Azərbaycanda 3G texnologiyası ilə genişzolaqlı mobil internet Böyük Britaniya ilə müqayisədə orta hesabla daha sürətlidir. Bu Simsiz Texnologiyalar Assosiasiyasının apardıgı monitorinqin yekunlarından bəlli olub. Monitorinq datakartlar vasitəsilə aparılıb. Böyük Britaniyaının Ofcom təşkilatı tətəfindən aparılmış tədqiqata görə,

Tarix: 13/06/11 “Facebook” aktuallığını itirir?

“Facebook”un istifadəçi bazası çox böyükdür və şəbəkə artmağa davam edir, ancaq son aylar ərzində “Facebook” istifadəçilərinin sayı hiss olunacaq dərəcədə azalıb və Mark Sukerberq tərəfindən səsləndirilmiş bütün dünya üzrə 1 milyard istifadəçi plankası sosial şəbəkə üçün həyata keçməz xəyal kimi qala bilər.

Tarix: 13/06/11 Domenlərin kütləvi qeydiyyatı “Apple”ə nə üçün lazımdır?

“Apple” şirkəti öz məhsulları üçün çoxlu sayda domen adları qeydiyyatdan keçirib. Təxminən 50 domeni satın alan şirkət iOS 5-i, OS X Lion, iCloud-un bir çox xidmət və funksiyaları üçün domenləri qeydiyyatdan keçirdiyini bildirib. Təbii ki, “Apple” bütün bu domenlərə uyğun saytlar istifadəyə verməyəcək.

Tarix: 13/06/11 Orta ümumtəhsil məktəblərinin kompyuterləşdirilməsi növbəti mərhələdə

Hazırda respublika üzrə internet şəbəkəsinə qoşulan məktəblərin ümumi sayı 500 ədəd təşkil edir . Təhsil Nazirliyindən verilən məlumata görə, bu rəqəmin yarıdan çoxu Bakının payına düşür. Məktəblər "AZEduNet" təhsil şəbəkəsinə avtomatik qoşulublar ki, bu şəbəkə də təhsil müəssisələrinə nazirliyin məlumat-resurs mərkəzində yerləşdirilmiş elektron təhsil resursları və idarə sisteminə sürətli qoşulmağa imkan yaradır. İlin sonunadək isə daha 500 məktəb yüksəksürətli internet şəbəkəsinə qoşulacaq.

Tarix: 13/06/11 GPRS üzərindən təcili tibbi yardım

Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasının dispetçer xidməti ən müasir kompyuter şəbəkəsi ilə təchiz edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,”103” çağırış nömrələrinin fasiləsiz fəaliyyətinin təmin edilməsi ilə 2 ayrı istiqamətdən bir-birini əvəzedəbiləcək fiberoptik kabel stansiyaya birləşdirilib. “ GPRS üzərindən təcili tibbi yardım stansiyalarının və avtomobillərinin mərkəzlə əlaqəsi yaradılıb.

Tarix: 13/06/11 “Samsung”u ittiham edirlər

Sənaye nəhəngi “Siemens”in filialı olan “Osram” şirkəti “Samsung LED Co”nu patent hüquqlarını pozmaqda günahlandırıb. Öz növbəsində Koreyanın “Samsung Electronics” şirkəti bu gün alman filialına qarşı cavab iddiası qaldırıb. İddia Seul şəhərinin Mərkəzi Dairə Məhkəməsinə verilib.

Tarix: 13/06/11 İcra hakimiyyətləri də elektron müraciətlər qəbul etməyə başladı

İcra hakimiyyətləri də elektron müraciətlər qəbul etməyə başlayıb. Bu istiqamətdə ilk addım Yevlax şəhər İcra Hakimiyyətindən gəlib. Belə ki, Yevlaxda vətəndaşların elektron müraciətlərinin cavablandırılmasına başlanılıb. Şəhər İcra Hakimiyyətindən İCTnews-ə bildirilib ki, veb sayta daxil olan vətəndaşlar ümumi məlumatlandırmaqla yanaşı, elektron müraciətlər də edə bilərlər.

Tarix: 11/06/11 “Google” daha 1 reklam şirkətini satın alır

“Google” “AdMeld” beynəlxalq onlayn-reklam platformasını təxminən 400 milyon dollara alır. Bu barədə bir neçə mənbə bildirib, ancaq şirkətdə hələ ki bu məlumatlar şərh edilmir. Aydındır ki, əgər bu saziş haqqında elan edilsə, onda o, antiinhisar şöbələrin təzyiqinə məruz qalacaq. Daha əvvəl də antiinhisarçılar “Google”a başa salıblar ki, reklam bazarında internet-şirkətin payı həddindən artıq böyükdür. Buna görə də, yeni sazişlərə imkan verilməyəcək.

Tarix: 10/06/11 İlin axırınadək 20 milyon banqladeşli internetə daxil olacaq

Banqladeş Hökuməti bir il ərzində internetdən istifadə ilə bağlı xərclərin ikiqat artırılmasını planlaşdırır. Poçt və Telekommunikasiya nazirinin dediyinə görə, cari ilin axırınadək Banqladeşdə internetdən istifadə edənlərin sayı 20 milyona çatacaq.

Tarix: 09/06/11 Goranboyun kəndlərində internet-klublar yaradılıb

Goranboyda internet istifadəçilərinin sayı xeyli artıb. Bu barədə məlumat verən Goranboy TKQ-nin rəisi Hafiz Muxtarov bildirib ki, hazırda Goranboy rayonunda 8 internet klubu fəaliyyət göstərir. Rayon mərkəzində fəaliyyət göstərən internet klublarından dördü yüksəksürətli ADSL xidmətindən istifadə edir.








19 Mart 2024

18 03 2024