bölmədə 1485 material var

Tarix: 29/01/15 Bill Qeyts xarici dil bilmədiyini etiraf edib

“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts xarici dil bilmədiyini etiraf edib. O, “Reddit” xidmətinin istifadəçiləri ilə ünsiyyət zamanı bu haqda deyib.

Tarix: 28/01/15 “Google”un rəhbəri Erik Şmidt Stiv Cobsu öz qəhrəmanı adlandırıb

“Apple” və “Google”un mobil bazardakı barışmaz mübarizəsinə baxmayaraq, internet nəhənginin direktorlar şurasının sədri və keçmiş baş direktoru Erik Şmidt öz rəqibinə simpatiyasını etiraf etməkdən çəkinmir.

Tarix: 23/01/15 “Apple” rəhbəri 2014-cü ildə 9,2 milyon dollar qazanıb

ABŞ-ın “Apple” şirkətinin rəhbəri Tim Kuk 2014-cü maliyyə ilində 9,2 milyon dollar qazanıb. Bu barədə şirkətin sənədlərində deyilir.

Tarix: 19/01/15 Buzlu sudan qorxmayan rabitəçi

Havanın temperaturu mənfi 4 dərəcədir, qar yağır. Belə hava şəraitində hər kəs soyuqdan qorunmağa çalışır. Ancaq bu soyuqların Masallı rayon sakini,  Telekommunikasiya Qovşağının montyoru Ələmdar Əliyevə heç bir aidiyyəti yoxdur.

Tarix: 15/01/15 2015-ci ildə əlavə saniyə əksər internet resurslarının işində fasilələrə səbəb ola bilər

Beynəlxalq Yer Dövretmə Xidməti (International Earth Rotation and Reference Systems Service - IERS) 30 iyun 2015-ci ildə saat 23:59:59-da əlavə saniyə əlavə etmək barədə qərar qəbul edib.

Tarix: 14/01/15 Daşınan cihazlar – dəblə ayaqlaşan, amma populyar olmayan məhsullar

Günümüzdə daşınan qurğuların populyarlığı sözügedən elektronika kateqoriyası istehsalçılarının istədiyi səviyyədə deyil.

Tarix: 13/01/15 Həddindən çox “selfi” çəkənlərin psixoloji problemləri var

Ohayo Universiteti tərəfindən keçirilmiş tədqiqata əsasən məlum olub ki, tez-tez öz fotoşəkillərini dərc edən kişilər psixoloji problemə malikdir.

Tarix: 12/01/15 Telefon zənglərinə cavab verməmək zehni qabiliyyəti zəiflədir

İnsanların mobil telefonlardan istifadə imkanından məhrum edilməsi zehni məsələləri (məsələn, krossvord həll etmək) həll etmək qabiliyyətinə mənfi təsir edir.

Tarix: 07/01/15 6000 dollarlıq smartfon nümayiş olunub

Bahalı smartfon istehsalçısı “Tonino Lamborghini Mobile” 6000 dollar dəyərində “88 Tauri” modelini nümayiş etdirib

Tarix: 06/01/15 2014-cü ildə internetdə daha çox istifadə olunan simvol müəyyənləşib

2014-cü ildə dünya internetində ən populyar simvol ürək təsvirini bildirən “smaylik” olub. Bu barədə ABŞ-ın sayt, bloq və sosial şəbəkələrin dilini tədqiq edən “The Global Language Monitor” (GLM) fondunun tədqiqatında deyilir.

Tarix: 29/12/14 İnsan barmağının izini fotoşəkildən əldə etmək olar

Avropanın ən böyük haker birliyi olan “Chaos Computer Club”un (CCC) üzvlərindən biri insanın barmaq izinin fotoşəkildən əldə edilməsini nümayiş etdirib. “CCC” haker birliyinin Hamburqda keçirilmiş illik toplanışında Yan Krissler Almaniyanın müdafiə nazirinin barmaq izini necə əldə etdiyini bildirib.

Tarix: 25/12/14 Azərbaycanın interaktiv nağılları planşet kompüter və smartfonlar da daxil olmaqla, bütün müasir cihazlar üçün əlçatandır

Kompüter Oyunları Milli Assosiasiyası (KOMA) Azərbaycan Gənclər Fondunun (AGF) dəstəyi ilə “Mədəni irs və müasir informasiya-kommunikasiya texnologiyaları: interaktiv nağıllar” layihəsini gerçəkləşdirməyə davam edir.

Tarix: 17/12/14 Məşhur dünya ulduzları kibertəhlükəsizlik üzrə mütəxəssislərdən kömək istədi

“People” jurnalı yazır ki, Hollivud ulduzları Ancelina Coli və Bred Pit kibertəhlükəsizlik üzrə mütəxəssislər komandasına ehtiyac duyub. Onlar uşaqlarının internetdəki axtarışlarına nəzarət edə bilmək üçün belə bir addım atıblar.

Tarix: 16/12/14 Niderland “startup” viza tətbiq edir

2015-ci il yanvarın 1-dən etibarən Niderlandda immiqrasiya qanunvericiliyində dəyişikliklər ediləcək. Belə ki, Avropa İttifaqına (Aİ) daxil olmayan ölkələrin “startup” (fəaliyyətə yenə başlayan şirkətlər) təsisçilərinə xüsusi vizaların verilməsinə başlanacaq.

Tarix: 15/12/14 İşləmək üçün dünyanın ən yaxşı şirkətləri müəyyən edilib

Şirkətlərin keçmiş və indiki əməkdaşlarının iş şəraiti haqda anonim təəssüratlarını paylaşdığı “Glassdoor” saytı ən yaxşı iş şəraiti təqdim edən 50 şirkətin illik reytinqini dərc edib.
 








24 Aprel 2024

23 04 2024