bölmədə 1303 material var

Tarix: 14/03/14 “Windows Phone” ödənişsiz olacaq?!

“Microsoft” şirkəti “Windows Phone” (WP) mobil əməliyyat sisteminin bazar payının artırılması üçün onu Hindistanın “Karbonn” və “Lava” mobil texnika şirkətlərinə ödənişsiz təqdim edəcək.

Tarix: 12/03/14 Azərbaycanda “PL/SQL” proqramlaşdırma dilinə həsr edilmiş yeni sayt istifadəyə verilib

Azərbaycanda “Oracle” şirkətinin məhsulu olan “PL/SQL”proqramlaşdırma dilinə həsr olunmuş yeni sayt istifadəyə verilib. 

Tarix: 12/03/14 İstifadəçilərin 6 faizi birinci gün ərzində “iOS 7.1” yeniləməsini quraşdırıb

“Chitika” analitik şirkətinin məlumatına görə, ABŞ və Kanadada birinci gün ərzində “Apple iOS 7.1” platformasının yenilənmiş versiyasını istifadəçilərin 6 faizi quraşdırıb.

Tarix: 11/03/14 İstifadəçilərin 90 faizi şəbəkədə təhlükəsizlik məsələlərindən narahatdır

“Ericsson ConsumerLab” şirkəti internet təhlükəsizliyi ilə bağlı araşdırma aparıb.
Hazırda dünyada 4,5 milyarddan çox abunəçi var, onlar internet və mobil rabitədən ünsiyyət, iş və əyləncə üçün istifadə edirlər.

Tarix: 11/03/14 “Windows Phone” artıq ABŞ-da “BlackBerry OS” sistemindən populyardır

“ComScore” şirkətinin məlumatlarına əsasən, “Windows Phone” (WP) əməliyyat sistemi ABŞ-da populyarlığına görə “BlackBerry OS” platformasını üstələyə bilib və bu, bazarda üçüncü ən populyar mobil əməliyyat sistemidir.

Tarix: 06/03/14 “Android 4.4 KitKat” versiyası bazarın 2,5 faizinə nəzarət edir

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlıq səviyyəsi haqqında informasiyanı bölüşüb.

Tarix: 05/03/14 “iOS 7.1” platformasının çıxarılma tarixi açıqlanıb

“Apple” şirkəti 2014-cü il martın 11-i tarixinədək “iOS 7.1” – “iPhone” smartfonlarına, “iPad” planşetlərinə və “iPod touch” pleyerlərinə quraşdırılan “iOS 7” əməliyyat sistemi üçün yeniləmə buraxacaq. Bu haqda “Apple”ın planları ilə tanış anonim mənbələrə istinadən bloqqer Con Qruber yazıb.

Tarix: 05/03/14 “Windows XP” istifadəçilərinə əməliyyat sistemini yeniləmək xahişi ilə bağlı mesaj göndəriləcək

“Microsoft” korporasiyası “Windows XP” quraşdırılmış kompüterlərə üzə çıxan mesaj göndərəcək. İstifadəçilərə əməliyyat sisteminin dəstəklənmə müddətinin 8 aprel 2014-cü il tarixində bitəcəyi barədə xəbərdarlıq ediləcək.

Tarix: 04/03/14 “Microsoft” saytlara otağın divarlarında baxmağı təklif edib

“Microsoft” şirkətinin tədqiqat bölməsi “Microsoft Research” “SurroundWeb” "3D brauzeri"ni təqdim edib. O, internet saytlardakı məzmunu otaqdakı düz səthlərdə (məsələn, şkaf və ya divar) göstərməyə icazə verir.

Tarix: 04/03/14 Dünyada ilk ikisistemli smartfon istehsal ediləcək

Hindistanın “Karbonn” şirkəti eyni anda “Android” və “Windows Phone” mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən dünyanın ilk mobil qurğusunu buraxmaq niyyətindədir

Tarix: 03/03/14 “Nokia”nın hədəfləri böyüyür

“Nokia” şirkəti “Android” əməliyyat sistemi əsasında yaradılan yeni smartfonların öncədən sifarişini elan edib.

Tarix: 03/03/14 “Apple” rəsmən avtomobillər üçün “iOS” sistemini təqdim edib

“Apple” şirkəti rəsmən avtomobillər üçün “iOS” əməliyyat sisteminin optimallaşdırılmış versiyasını - “CarPlay” platformasını təqdim edib.

Tarix: 03/03/14 Brauzer bazarının vəziyyəti araşdırılıb

Cari ilin fevral ayına olan məlumata görə, “Chrome” və “Firefox” brauzerlərinin bazar payı, demək olar ki, bərabərdir:

Tarix: 01/03/14 “Google Chrome” mayın 1-dən yalnız təsdiqlənmiş genişlənmələri dəstəkləyəcək

“Google” tərtibatçılara daha iki ay vaxt verib ki, onlar “Chrome” brauzeri üçün yaratdıqları genişlənmələri “Chrome” onlayn mağazasında qeydiyyatdan keçirsinlər, əks halda brauzer üçün "qeyri-rəsmi" genişlənmələr başlanğıc ayar kimi bloklanacaq və işləməyəcək.

Tarix: 27/02/14 Martın 3-dən “Windows” üçün “Facebook Messenger” işləməyəcək

“Windows” əməliyyat sistemi üçün “Facebook Messenger” proqramı martın 3-dən etibarən işləməyəcək. “Facebook”un mətbuat katibi bu informasiyanı təsdiqləyib.








25 Aprel 2024

24 04 2024