bölmədə 1303 material var

Tarix: 16/01/14 Azərbaycan şirkətləri “Microsoft Office” proqramlarını məsafədən smartfonla idarə edə biləcəklər

“Windows Phone 8” əməliyyat sistemi üçün smartfonu müxtəlif təqdimatların xüsusi idarəetmə pultuna çevirməyə imkan verən “Office Remote” proqramı təqdim edilmişdir.

Tarix: 16/01/14 “Microsoft” korporasiyası “Windows XP” əməliyyat sisteminin dəstəklənməsi müddətini uzadıb

“Malware Protection Center” rəsmi bloqu yazıb ki, “Microsoft” korporasiyası “Windows XP” əməliyyat sisteminin təhlükəsizlik əleyhinə qorumasını 14 iyul 2015-ci ilədək artırıb.

Tarix: 15/01/14 İstifadəçilərin 70 faizindən çoxu biznes planşetini ofis proqramının olmasına görə seçir

“Microsoft” korporasiyası tərəfindən keçirilən sorğuya əsasən, həm fərdi, həm də biznes istifadəçiləri arasında rəyi soruşulanların 70 faizindən çoxu iş üçün planşet kompüterin seçilməsində tam ofis proqramlarının olmasını mühüm amil hesab edir. 

Tarix: 15/01/14 "Windows 8”-in əməliyyat sistemləri bazarında payı 10 faizi ötüb

“Net Applications” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin dekabrında “Windows 8” və “Windows 8.1” əməliyyat sistemlərinin masaüstü qurğular bazarında payı müvafiq olaraq 6,89 və 3,6 faiz təşkil edib.

Tarix: 14/01/14 “Samsung” şirkəti “Galaxy Note 3” üçün “Android KitKat”ın təchizatına başlayıb

“Samsung Electronics” şirkəti “Android 4.4 KitKat” yenilənməsini smartfonların son nəsli üçün yaymağa başlayıb. İlk növbədə “KitKat”i “Samsung Galaxy Note 3” qurğularının istifadəçiləri başlayacaq.

Tarix: 14/01/14 Mobil tətbiqlərdən istifadə 115% artıb

2013-cü ildə mobil tətbiqlərdən istifadə iki dəfədən çox artıb. “Flurry” şirkətinin statistikasına görə, ötən ilin 12 ayı ərzində smartfonlara quraşdırılmış tətbiqlər 2012-ci illə müqayisədə 115% daha çox icra edilib.

Tarix: 13/01/14 “Microsoft”un “Twitter” hesabları “sındırılıb”

“Mashable” xəbər saytının yaydığı məlumata əsasən, "Suriya elektron ordusu"(SEO)  hakerləri “Microsoft” şirkətinin rəsmi hesablarından birinə müdaxilə ediblər.

Tarix: 13/01/14 “Windows 9” 2015-ci ilin aprelində buraxılacaq

“Microsoft” korporasiyası “Windows 9” əməliyyat sistemini 2015-ci ilin aprelində buraxmağı planlaşdırır. Bu barədə rəsmi məlumatın korporasiyanın tərtibatçılar üçün aprelin 2-4-də ABŞ-da keçiriləcək “Build 2014” tədbirində veriləcəyi gözlənilir.

Tarix: 09/01/14 “Apple iOS”-la işləyən kondisioner

Çinin məişət texnikası istehsalçısı “Haier” şirkəti “CES 2014” sərgisində məişət smart-həlləri sinfinə aid olan məişət kondisionerinin yeni modelinin təqdimatını keçirib.

Tarix: 09/01/14 “Android” qurğuların sayı 1 milyardı ötəcək

“Gartner” tədqiqat şirkəti qlobal kompüter qurğuları bazarı üzrə proqnozunu tərtib edib. Hesabatda daha çox “Android” platforması ilə işləyən aparatlara diqqət ayrılıb.

Tarix: 09/01/14 “Windows Phone” ən sürətli artım tempi olan smartfonların əməliyyat sistemidir

“Windows Phone” 14 ölkədə populyarlığına görə ikinci əməliyyat sistemidir. Bundan əlavə, 24 ölkəyə satış üçün “iPhone”dan çox “Windows Phone” ilə smartfonlar göndərilmişdir.

Tarix: 28/12/13 “Microsoft-Azerbaijan” şirkəti yerli İT və bank sahəsini lisenziyalı proqram təminatının tətbiqi üzrə məsuliyyətli olmağa çağırır

“Microsoft” şirkəti Azərbaycanın bank sektorunun informasiya təhlükəsizliyinin təminatı  sahəsində  daha aktiv olmasına ehtiyac olduğunu qeyd edib.

Tarix: 27/12/13 Ölkədə proqram təminatı ilə bağlı yoxlama aparılıb

Azərbaycanda ilk dəfə olaraq milli və beynəlxalq Əqli mülkiyyət hüquqlarının qorunmasına dair qanunvericiliyin tələblərinə riayət etmək məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş  Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat tədbirləri çərçivəsində Bakı şəhərində kompüter satış mağazasında  gözlənilməz yoxlama keçirilib.

Tarix: 24/12/13 “Windows 8.2” məhsulunda Azərbaycan dilində yeni İT terminologiyasının tətbiq edilməsi nəzərdə tutulub


“Microsoft-Azerbaijan” şirkəti  “Windows 8.2” məhsulunda Azərbaycan dilində yeni İT terminologiyasının tətbiq edilməsi nəzərdə tutulub.

Tarix: 23/12/13 “IDC”: “Həvəskar proqramçıların sayı artır”

Dünyadakı 18,5 milyon proqram tərtibatçısının təxminən 7,5 milyonu üçün proqramlaşdırma əsas iş hesab edilmir. Bu barədə “IDC” analitik şirkətinin məlumatında deyilir. Həvəskar proqramçıların sayı peşəkar proqramçılarla müqayisədə daha sürətlə artır və gələcəkdə onların sayının daha sürətlə artacağı gözlənilir.








28 Mart 2024

27 03 2024