bölmədə 1114 material var

Tarix: 10/04/13 “Google Play”-dən 60 min tətbiq silinib

2013-cü ilin fevralında “Google” şirkəti “Android” platforması üçün “Google Play” tətbiq internet mağazasında "təmizləmə” işləri aparıb. Bu barədə “TechCrunch” bloqu yazıb.

Tarix: 09/04/13 Mobil tətbiq bazarında gəlirin həcmi artıb

2013-cü ilin birinci rübündə smartfon və planşetlər üçün nəzərdə tutulmuş tətbiq bazarının həcmi 9% artaraq 2.2 milyard dollar olub. Hesabat dövründə “Apple App Store”, “Google Play Store”, “Microsoft Windows Phone Store” və “BlackBerry World” onlayn kataloqlarından 13.4 milyard tətbiq və oyun köçürülüb ki, bu da ötən rüblə müqayisədə 11% çoxdur.

Tarix: 08/04/13 Bir ildən sonra “Windows XP” əməliyyat sistemi olmayacaq

2014-cü il aprelin 8-də “Microsoft” korporasiyası “Windows XP SP3” və “Windows XP x64 Edition SP2” əməliyyat sistemlərinin (ƏS) dəstəklənməsini dayandıracaq.

Tarix: 04/04/13 “Google” şirkəti “Android” və “iPhone” üçün yenilənmiş “QuickOffice” buraxıb

“Google” şirkəti “QuickOffice”in lokal kompüterlərdə ofis faylları ilə işləmək istəyən mobil qurğu istifadəçiləri üçün “Android” və “iPhone” versiyalarını istifadəyə verib.

Tarix: 04/04/13 Kompüterlərin zərərli proqram və təhlükəli saytlardan müdafiəsi üçün ödənişsiz xidmət istifadəyə verilib

Rusiyanın "Yandeks" şirkəti kompüterlərin zərərli proqram və təhlükəli saytlardan müdafiəsi üçün ödənişsiz xidmət istifadəyə verib. Şirkətin bloqunda dərc edilmiş xəbərə əsasən, “Yandeks.DNS” xidməti istifadəçinin kompüterini zərərli, fırıldaq və ya porno saytlardan müdafiə edir.

Tarix: 04/04/13 Gələcəkdə daha fərqli brauzerlərdən istifadə edəcəyik

“Firefox” brauzerinin tərtibatçısı “Mozilla” şirkəti Cənubi Koreyanın “Samsung” şirkəti ilə birgə “Servo” adlanan "yeni nəsil" brauzer mexanizmi üzərində işləyirlər. “Mozilla”nın texniki direktoru Brendan Eyx mexanizm haqda rəsmi bloqunda məlumat verib.

Tarix: 03/04/13 “Windows Phone” platforması smartfon bazarında mövqeyini möhkəmləndirir

“Kantar Worldpanel” şirkəti cari ilin birinci rübü üzrə Amerika bazarında müxtəlif mobil əməliyyat sistemlərinin bazar payını qiymətləndirib. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, Amerikanın smartfon bazarında 51.2% paya sahib “Android” platforması liderdir.

Tarix: 01/04/13 “Windows 8” əməliyyat sisteminin bazar payı artıb

2013-cü ilin birinci rübündə “Windows 8” əməliyyat sisteminin (ƏS) bazar payı artıb. “Net Applications” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin martında “Windows 8” ƏS-nin bazar payı 0,52 faiz artaraq 3,31% olub. “Windows 7” ƏS-nin bazar payı 0.18% artaraq 44,73% olub.

Tarix: 01/04/13 “Android” platforması ilə işləyən bahalı smartfonlar istehsal edilib

Saat və smartfonları ilə məşhurlaşmış İsveçrənin “Tag Heuer” şirkəti qiymətli metal və yüksəktexnologiyalı materiallardan hazırlanmış bahalı və zərif yeni mobil telefon xəttini istehsal edib.

Tarix: 28/03/13 “Google Translate” internetsiz də işləyəcək

“Google” şirkəti “Android” mobil əməliyyat sistemi üçün "Tərcüməçi" tətbiqini yeniləyib. Hazırda proqram internetə qoşulmadan belə bir dildən digər dilə tərcümə edə bilir.

Tarix: 28/03/13 Ən təhlükəsiz mobil əməliyyat sistemləri məlum olub

İnformasiya təhlükəsizliyi ilə məşğul olan “Sourcefire” şirkəti son 25 il ərzində boşluqların aşkar edilməsi sahəsindəki tendensiyaların təhlil nəticələrini dərc edib. Mobil qurğular bazarı ilə bağlı çıxarılmış nəticələr maraqlı olub.

Tarix: 19/03/13 Hər gün 1.35 milyon “Android”-qurğu aktivləşdirilir

Hər gün aktivləşdirilən “Android”-qurğuların sayı 1,35 milyona çatıb və ümumilikdə aktivləşdirilmiş “Android”-qurğuların sayı 750 milyonu ötüb. Bu barədə “Google” şirkətinin baş direktoru Larri Peyc bildirib.

Tarix: 19/03/13 Avropa İttifaqının yeni tövsiyələri əlavə proqram dükanlarına təsir göstərə bilər

Bir sıra ölkələrin məlumatlarının qorunması üzrə müxtəlif idarələrin daxil olduğu Avropa İttifaqının “Article 29” işçi qrupu yeni tövsiyələrini nəşr edib.

Tarix: 14/03/13 “Android” platformasının rəhbəri dəyişilib

“Google”-un mobil həllər üzrə baş vitse-prezidenti Endi Rubin vəzifəsini tərk edəcək. Bu barədə internet nəhənginin rəsmi bloqunda şirkətin baş direktoru Larri Peyc məlumat verib.

Tarix: 14/03/13 Rusiyada “iPhone” istifadəçiləri yol-nəqliyyat qaydalarının pozulmasına görə cərimə ödəyə biləcəklər

Rusiyada “iPhone”, “iPod touch” pleyerləri və “iPad” planşetləri üçün nəzərdə tutulmuş “AyPopalsya” (“Ay tutdum”), yol-nəqliyyat qaydalarının pozuntusu üzrə cərimələrin ödənməsi proqramı tərtib edilib.








25 Mart 2017

24 03 2017