bölmədə 1303 material var

Tarix: 03/10/13 “Internet Explorer” brauzerinin bazar payı artıb

“Net Applications” tədqiqat şirkətinin məlumatlarına əsasən, “Internet Explorer” (IE) brauzerlər xəttinin payı artmağa davam edir.

Tarix: 02/10/13 “Windows XP” əməliyyat sisteminin bazar payı sürətlə azalır

“Net Applications” tədqiqat şirkətinin məlumatına görə, bu ilin sentyabrında “Windows XP” əməliyyat sisteminin (ƏS) bazar payı 2,25% azalıb.

Tarix: 30/09/13 Dünyada “Windows” sistemli ən çox satılan qurğu “Lumia 520” smartfonudur

“Microsoft” korporasiyası bu yaxınlarda əməkdaşları ilə ənənəvi qapalı görüş keçirərək “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən aparatların satışı ilə bağlı bəzi maraqlı faktları açıqlayıb.

Tarix: 30/09/13 Azərbaycanda istifadə olunan Maliyyə Proqramlaşması sistemi üzrə vyetnamlılara təcrübə mübadiləsi keçilib

Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə Mərkəzi Bankda (MB) olan Vyetnam Dövlət Bankının nümayəndələrinə təcrübə mübadiləsi keçirilib.

Tarix: 30/09/13 “Apple” şirkəti “iOS 7” platformasındakı boşluğu aradan qaldırıb

“Apple” şirkəti “iOS 7” mobil əməliyyat sistemi üçün yeniləmə paketi çıxarıb. O, daha əvvəl aşkar edilmiş ekranın bloklanması boşluğunu aradan qaldırır.

Tarix: 28/09/13 Azərbaycanda lisenziyalı filmlər yayımlayacaq onlayn kinoteatr yaradılıb

Azərbaycanda filmləri internet üzərindən yayımlayacaq yeni bir startap (startup) layihəsi fəaliyyətə başlayıb.

Tarix: 27/09/13 Bill Qeyts etiraf edib: “Ctrl+Alt+Del klavişlər kombinasiyası səhv qərar nəticəsində yaranıb”

“Microsoft”un keçmiş direktoru Bill Qeyts bəzən olduqca maraqlı çıxışlar edir. Bu dəfə də belə olub. Harvard Universitetində müsahibə zamanı o etiraf edib ki, sistemə giriş üçün “Ctrl+Alt+Del” klavişlər kombinasiyasından istifadə qərarı səhv olub.

Tarix: 26/09/13 “ABBYY” şirkəti “PDF” redaktorunu yeniləyib

“ABBYY” şirkəti “PDF” sənədlərlə işləmək üçün nəzərdə tutulmuş “PDF Transformer” proqramının yeni versiyasını (PDF Transformer+) təqdim edib.

Tarix: 23/09/13 Bir gün ərzində “iOS 7” platforması 35% qurğuda quraşdırılıb

İstifadəçilərin “iOS 7” platformasına birmənalı reaksiyasına baxmayaraq sözügedən əməliyyat sistemi açıq-aydın populyarlaşır.

Tarix: 23/09/13 “Google” yeni loqo və naviqasiya menyusunu elan edib

“Google” axtarış sistemi əsas səhifəsini yeniləyib. Belə ki axtarış sisteminin loqosu, həmçinin naviqasiya paneli dəyişdiriləcək. Bu barədə sentyabrın 19-da “Google Search”ün rəsmi bloqunda məlumat dərc olunub.

Tarix: 23/09/13 Şokolad istehsalçısı “Android” mobil əməliyyat sisteminin yeni versiyasının çıxarılma tarixini açıqlayıb

“Nestle” şirkəti “Facebook” sosial şəbəkəsində “Android” mobil əməliyyat sisteminin yeni versiyasının çıxarılma tarixini açıqlayıb. Şirkətin məlumatına görə, “Google” şirkəti əməliyyat sisteminin yeni versiyasını oktyabrda çıxaracaq.

Tarix: 21/09/13 İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun proqram təminatı hazırlanır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun proqram təminatının hazırlanması üzrə işlər  yaxın zamanda başa çatacaq.

Tarix: 20/09/13 Ən sürətli brauzer hansıdır?

“Windows 7” əməliyyat sistemi üçün “Internet Explorer”  (IE) brauzerinin ilkin versiyası digər brauzerlərlə müqayisədə 30% daha sürətli işləyir. “Microsoft” şirkəti “SunSpider” və başqa testlərə istinad edərək bu barədə məlumat verib.

Tarix: 20/09/13 AZPROMO internet marketinqi və elektron kommersiya texnologiyaları tətbiq edən assosiasiyaya üzv olub

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ixracın təşviqi, o cümlədən beynəlxalq ticarət sahəsində fəaliyyət göstərən ixtisaslaşmış təşkilatlarla əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyətini davam etdirir.

Tarix: 20/09/13 2013-cü ildə mobil tətbiqlərin yüklənməsi 64% artacaq

“Gartner” analitik şirkəti tərəfindən keçirilmiş tədqiqatın nəticələrinə əsasən, 2013-cü il ərzində ixtisaslaşmış mağazalardan yüklənilən mobil tətbiqlərin sayı 102 milyard təşkil edəcək ki, bu da ötən illə müqayisədə 64% faiz artım deməkdir. Yükləmələrin 91%-i ödənişsiz tətbiqlərin payına düşəcək.








16 Aprel 2024

15 04 2024