bölmədə 1303 material var

Tarix: 13/06/13 Turizmin inkişafı üçün kompüter proqram təminatı üzrə mütəxəssislərin olması önəmlidir

Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra islahatlar aparılır, inkişaf konsepsiyaları hazırlanır. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov məlumat verib.

Tarix: 12/06/13 Yeni əməliyyat sistemi cihazların oğurlanmasının qarşısını alacaq

Bu ilin payızında istifadəyə veriləcək “iOS 7” əməliyyat sistemində “Activation Lock” funksiyası olacaq. Sözügedən funksiya cihazların oğurlanması sayəsində artan cinayətlərin qarşısını almağa kömək edəcək.

Tarix: 11/06/13 “Apple” şirkəti əməliyyat sistemlərinin dizaynı və funksialarını dəyişdi

“Apple” şirkəti “OS X Mavericks” və “iOS 7” əməliyyat sistemlərini təqdim edib.

Tarix: 08/06/13 “Microsoft”un sınaq mərhələsində olan yeni məhsulları ən yaxın zamanda mütəxəssislərin istifadəsinə veriləcək

“Microsoft” şirkəti növbəti yenilikləri açıqlayıb. Şirkətin təqdim edəcəyi yeni məhsullara “Windows Server 2012 R2”, “System Center 2012 R2” və “SQL Server 2014” daxildir. Sözügedən məhsullar hal-hazırda sınaq mərhələsindədir və ən yaxın zamanda mütəxəssislərin istifadəsinə veriləcək.

Tarix: 07/06/13 “Microsoft” səhvlərin düzəldəcək

“Microsoft” korporasiyasından verilən məlumata görə, gələn həftənin çərşənbə axşamı proqram təminatı üçün ənənəvi düzəlişlər çıxarılacaq.

Tarix: 07/06/13 Hansı brauzer daha az elektrik enerjisi istifadə edir?

“Microsoft” şirkəti rəsmi bloqunda “Chrome” və “Firefox” brauzerlərinin istifadəçilərinə elektrik enerjisinə qənaət etmək üçün “Internet Explorer” (IE) brauzerinə keçməyi təklif edib. Amerika şirkəti Fraunhofer adına Mərkəzin tədqiqat məlumatlarına əsaslanaraq belə bəyanatla çıxış edib.

Tarix: 06/06/13 “Opera Software” yeni mobil brauzerini təqdim edib

Norveçin “Opera Software” şirkəti aşağı büdcəli mobil telefonlara quraşdırılmaq üçün nəzərdə tutulmuş yeni “Opera Mini” mobil brauzerini təqdim edib.

Tarix: 05/06/13 “Microsoft Azerbaijan” şirkətinin texniki məsləhətçisi: “Yeni əməliyyat sistemi bir çox üstünlüklərə malikdir”

Hazırda dünyada 100 milyon “Windows 8” lisenziyası satılıb. Bu da ötən ilin oktyabr ayından işıq üzü görən əməliyyat sisteminin gələcək perspektivlərinə nikbinliklə baxmağa imkan yaradır.

Tarix: 05/06/13 Saxta və qeyri-lisenziyalı proqram təminatını müəyyən etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təlim keçirilib

Azərbaycan Daxili İşlər Nazirliyi və “BSA Software Alliance” (www.bsa.org) saxta və qeyri-lisenziyalı proqram təminatını müəyyən etmək üçün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları üçün ilk təlim təşkil edib.

Tarix: 03/06/13 Brauzer bazarının lideri məlum oldu

“Net Applications” tədqiqat şirkətinin məlumatına əsasən, aprel-may ayları ərzində “Internet Explorer” (IE) brauzerinin payı 0.18% artaraq 60% olub. “Firefox” brauzerinin payı cüzi artara 20,63% olub.

Tarix: 03/06/13 Hansı əməliyyat sistemi populyardır?

“Net Applications” tədqiqat şirkətinin hesablamasına görə, 2013-cü ilin mayında “Windows 8” əməliyyat sisteminin (ƏS) payı 0,43% artaraq 4,27% olub. “Vista” ƏS-i isə əksinə, 0,43% itirib və hazırda onun bazar payı 4,51% təşkil edir.

Tarix: 31/05/13 “Dilmanc” Azərbaycan dili üçün nitqin tanınması sistemini təqdim edir

“Dilmanc” yaxın vaxtda yeni Azərbaycan dili üçün nitqin tanınması sistemini təqdim edəcək.

Tarix: 31/05/13 “Windows Phone” platforması İT direktorları üçün maraqlıdır

“Frost & Sullivan” analitiklərinin informasiya texnologiyaları sahəsində işləyən 227 mütəxəssis arasında keçirdiyi sorğunun yekununa əsasən, “Windows Phone” platforması istehlak bazarında hələ populyar olmasa da, lakin İT bölmələrin direktorları bu əməliyyat sistemindən (ƏS) iş prosesində istifadə etməyə hazırdırlar.

Tarix: 29/05/13 “Opera” kompüterlər üçün yeni brauzer təqdim edib

Norveçin “Opera Software” şirkəti masaüstü kompüterlər üçün “Opera Next” brauzerini təqdim edib. Tərtibatçıların sözlərinə görə, brauzer "sıfırdan" hazırlanıb və “Blink” mühərriki və “Chromium” açıq layihəsinə əsaslanır.

Tarix: 25/05/13 "Google" şirkəti proqram təminatını gücləndirəcək

"Bloomberg" nəşrinin məlumatına görə, "Google" şirkəti İsrailin "Waze" kartoqrafiya proqram təminatı istehsalçısını satın almaq imkanını müzakirə edir. "Waze" şirkətinə yaxın mənbələrin məlumatına əsasən, o, bir çox alıcının maraq dairəsindədir. "Waze" şirkəti hələ ki rəsmi münasibət bildirməyib.








19 Aprel 2024

18 04 2024