bölmədə 1303 material var

Tarix: 04/02/13 “Windows 8”-in mövcudluğu hələ ki hiss olunmur

“Net Applications” tədqiqat şirkətindən verilmiş məlumata əsasən, “Windows 8” əməliyyat sistemi (ƏS) hələ ki fərdi kompüter bazarına o dərəcədə təsir göstərmir. Şirkətin məlumatına əsasən, cari il yanvarın sonuna “Windows 8“-in əməliyyat sistemləri bazarında payı 2,26 faizə çatıb.

Tarix: 30/01/13 “Office 2013” satışa çıxarılıb

“Microsoft” şirkəti “Office 2013” ofis proqramları paketini satışa çıxarıb. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Office 2013” dörd redaksiyada əlçatandır: "Ev və təhsil üçün", "Ev və biznes üçün", "Professional" və "Professional plyus". Son redaksiya korporativ istifadəçilər üçün nəzərdə tutulub.

Tarix: 30/01/13 “JailBreak iOS 6.1” bazar günü çıxacaq

Xəbər verildiyi kimi, “Evad3rs” hakerlər qrupu “iOS 6.1” təqdim olunduqdan sonra “iOS 6” üçün “JailBreak”ın çıxmasına işarə etdi. “ICTnews.az” elektron xəbər xidməti “myapple.az” saytına istinadən bildirir ki, bazar günü “iOS 6” üçün “JailBreak” təqdim olunacaq.

Tarix: 29/01/13 “Ağıllı” telefon bazarının 92 faizinə nəzarət edən əməliyyat sistemi hansıdır?

“Strategy Analytics” tədqiqat şirkətinin məlumatına əsasən, 2012-ci ilin dördüncü rübündə istehsal edilmiş “ağıllı” telefonların 70.1 faizinə “Android” əməliyyat sistemi quraşdırılıb. “iPhone”-nun payı 22 faiz təşkil edib. Beləliklə, “Apple” və “Google”-un platforması “ağıllı” telefon bazarının 92.1 faizinə nəzarət edir.

Tarix: 29/01/13 “Apple” şirkəti “iOS 6” üçün yeniləmə paketi çıxarıb

“Apple” şirkəti “iOS 6” əməliyyat sistemi üçün yeniləmə paketi çıxarıb. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeniləmə paketinin həcmi 107 meqabaytdır. Onu “iPhone 3GS”, “4”, “4S” və “5” “ağıllı” telefonlarına, üçüncü və dördüncü nəsil “iPad”, “iPad mini” planşetlərinə, dördüncü və beşinci nəsil “iPod touch” pleyerlərinə quraşdırmaq mümkündür.

Tarix: 28/01/13 Dünyada birinci ərəb proqramlaşdırma dili yaradılıb (VİDEO)

Ənənəvi olaraq bütün proqramlaşdırma dilləri latın mənşəlidir, lakin yeni proqramlaşdırma dilində ərəb sintaksisindən istifadə edilir. Bu dilin yaradıcısı proqramçı Ramsi Nasser bildirib ki, hər bir proqramlaşdırma dilinin öz məntiqi və strukturu var.

Tarix: 24/01/13 2013-cü ilin sonuna “Android” üçün 1 milyon təhlükə olacaq

Dünyanın aparıcı antivirus istehsalçılarından biri olan “Trend Micro” şirkətinin proqnozuna görə, 2013-cü ilin sonuna “Android” platforması ilə işləyən mobil qurğulara hücum edəcək zərərli proqramların sayı 1 milyona çatacaq.

Tarix: 23/01/13 Sərt disk istehsalçısı proqram təminatı bazrına daxil olmağa cəhd göstərir

Dünyanın ən böyük sərt disk istehsalçılarından biri “Western Digital” şirkəti bu gün “Arkeia Software” proqram təminatı istehsalçısını satın aldığını bəyan edib. Sazişin qiyməti açıqlanmır.

Tarix: 23/01/13 “Firefox OS” ilə işləyən ilk “ağıllı” telefonlar təqdim edilib

“Firefox OS” (“Mozilla” şirkətinin 2011-ci ildən etibarən hazırladığı əməliyyat sistemi) ilə işləyən ilk “ağıllı” telefonlar təqdim edilib. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Keon” və “Peak” adlı iki aparat təqdim edilib.

Tarix: 21/01/13 “Windows 8” əməliyyat sisteminə yenilənmənin qiyməti bahalaşıb

2013-cü ilin fevralın 1-dən “Windows 8” əməliyyat sisteminə (ƏS) yenilənmənin qiyməti artacaq. Bu barədə “Microsoft”un rəsmi bloqunda yazılıb. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Windows 8” ƏS-nə yenilənmə 120 dollara, "Windows 8 Professional" üçün isə 200 dollara başa gələcək.

Tarix: 17/01/13 DƏDRX-nin göstərdiyi xidmətlərin ödəniş prosesinin avtomatlaşdırılması üçün proqram təminatı hazırlanır

Ötən il Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin göstərdikləri xidmətlər müqabilində dövlət rüsumları və xidmət haqlarının ödənilməsinin avtomatlaşdırılması və ödəniş sistemləri infrastrukturuna texnoloji inteqrasiyası məqsədilə müvafiq şəbəkə

Tarix: 17/01/13 Mobil tətbiq zöhrəvi xəstəliklərdən qoruyacaq

“MedXCom” tibb şirkətinin “iPhone” üçün çıxardığı pulsuz proqram təhlükəli cinsi əlaqədən qorunmağa kömək edəcək. Onun iş prinsipi aşağıdakı kimidir: əvvəlcə həkimin yanına getmək və cinsi yolla keçən xəstəliklər baxımından testdən keçmək tələb olunur, bundan sonra “ağıllı” telefona “MedXSafe” proqramını quraşdırmaq lazımdır. Gələcək tərəfdaş da eyni proseduru etməlidir.

Tarix: 15/01/13 Yerli bank “SAP for Banking” proqram təminatının bir sıra modullarını tətbiq edib

Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq “DəmirBank”da “SAP for Banking” proqram təminatının bir sıra modulları uğurla tətbiq edilib. “ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, 2012-ci ilin dekabr ayında proqram təminatının “HR” (İnsan resursları)

Tarix: 14/01/13 “Oracle” şirkəti “Java”dakı boşluğu aradan qaldırıb

“Oracle” şirkəti “Java 7 Update 10” plaqinində və daha əvvəlki versiyalarda aşkar edilmiş təhlükəli boşluğu aradan qaldıran yamaq çıxarıb.

Tarix: 10/01/13 2012-ci ilin ən populyar proqramlaşdırma dilləri

“TIOBE Software” şirkəti 2012-ci il üzrə ən populyar proqramlaşdırma dillərinin reytinqini açıqlayıb. Ən böyük populyarlıq (3.37 faiz) ötən ildə olduğu kimi “Objective-C” proqramlaşdırma dilində qeydə alınıb: o, 1 il ərzində reytinqdə 5-dən 3-cü yerə qalxıb.








19 Aprel 2024

18 04 2024