bölmədə 1303 material var

Tarix: 10/01/13 “Nokia”: “Biz yalnız “Windows Phone” platformasına “hə” deyirik”

Hazırda biz cari ekosistem müharibəsində “Windows Phone” əməliyyat sistemindən (ƏS) əsas silah kimi istifadə edirik.Lakin biz gələcəkdə “HTML 5” və ya “Android” platformasının rolu barədə düşünürük. Hazırda “Microsoft”un məhsullarına “hə” deyirik

Tarix: 09/01/13 “Microsoft” şirkəti “Windows 8”-in 60 milyon lisenziyasını satıb

“Microsoft”un marketinq direktoru və eyni zamanda maliyyə direktoru Tami Reller “CES 2013” sərgisində bildirib ki, hazırda şirkət “Windows 8” əməliyyat sisteminə (ƏS) 60 milyon lisenziya sata bilib.

Tarix: 08/01/13 Əməliyyat sistemləri bazarında hansı şirkət liderdir?

"Net Applications” monitorinq şirkətinin 2012-ci ilin dekabrına olan məlumatına əsasən, “Windows” əməliyyat sistemi (ƏS) qlobal bazarda ən populyar ƏS olaraq qalır.

Tarix: 07/01/13 Müəllimlərin işə qəbulu üzrə proqram təminatı təkmilləşdiriləcək

Müəllimlərin işə qəbulu üzrə proqram təminatı təkmilləşdiriləcək. Həmçinin müsabiqə prosesinin nəticələrinə dair hesabat və məlumatlar əsasında təhlillər aparılacaq, ali və orta ixtisas təhsili müəssisələrinin məzunlarının təhsil sənədləri haqqında məlumat bazasının proqram təminatına daxil edilməsi üçün müvafiq işlər həyata keçiriləcək.

Tarix: 28/12/12 “Windows Phone” üçün proqramların sayı 1 il ərzində 75000-ə çatıb

“Microsoft” korporasiyasından verilmiş məlumata əsasən, “Windows Phone” əməliyyat sistemi (ƏS) üçün yaradılan proqram təminatının sayı artmağa davam edir. Korporasiyanın bloqunda dərc edilmiş mesaja əsasən, ötən il ərzində “Windows Phone” platforması üçün onlayn-kataloqda təxminən 75 000 yeni proqram yerləşdirilib.

Tarix: 26/12/12 Proqram təminatından qeyri-qanuni istifadənin kommersiya dəyəri 67 milyon ABŞ dollarıdır

“IDC analitik şirkətinin araşdırmalarına görə, hazırda Azərbaycanda 87 faiz proqram təminatının lisenziyası yoxdur. Proqram təminatının qeyri-qanuni istifadəsinin kommersiya dəyəri 67 milyon ABŞ dolları təşkil edir və bu, Azərbaycan iqtisadiyyatına, yerli İT işgüzar aləminə zərər gətirərək, yeni iş yerlərinin açılmasına əngəl törədir, hökuməti isə vergi gəlirlərindən məhrum edir”.

Tarix: 25/12/12 Bill Qeytsin varisi “Microsoft”u tərk edəcəyini elan edib

Bu günə qədər “Microsoft”un tədqiqat və strategiya direktoru vəzifəsində çalışan Kreyq Mandi 2014-cü ildə şirkəti tərk edəcək. Bu barədə “Microsoft”un baş direktoru Stiv Balmerin şirkətdaxili məktubuna istinadən “All Things Digital” bloqu bildirib.

Tarix: 24/12/12 “Linux” əməliyyat sistemi tədarükçüsü varlanıb

“Red Hat” şirkəti 2013 maliyyə ilinin üçüncü rübü üzrə hesabatını dərc edib. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Linux” əməliyyat sistemi tədarükçüsü 3 ay ərzində 343,6 milyon dollar həcmində mədaxil əldə edib.

Tarix: 21/12/12 “eBay” mobil reklama “yox” dedi

2013-cü ildə “eBay” onlayn-hərracı öz mobil tətbiqlərində reklamdan imtina edəcək. Bu barədə şirkətin qlobal bazar üzrə prezidenti Devid Veniq bildirib.

Tarix: 19/12/12 “Perl” proqramlaşdırma dili 25 yaşını qeyd edir

“Perl” proqramlaşdırma dili 25 yaşını qeyd edir. Onun birinci versiyası 1987-ci il dekabrın 19-da Larri Uoll tərəfindən istifadəyə verilib. Larri Uoll riyaziyyatçı və ya proqramçı deyil, dilçidir.

Tarix: 18/12/12 35 dollarlıq kompüter üçün tətbiq mağazası açılıb

“ARM” arxitekturasında hazırlanmış 35 dollarlıq “Raspberry Pi” kompüteri üçün onlayn tətbiq mağazası açılıb. Bu barədə qurğunun istehsalçısının saytında məlumat verilib. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, mağaza “Pi Store” adlandırılıb. Hazırda mağazada 25 proqram mövcuddur. Proqramlar 5 kateqoriya üzrə yerləşdirilib.

Tarix: 15/12/12 Mobil qurğu istifadəçiləri 81 milyard tətbiq yükləyiblər

"ABI Research" tədqiqat firmasının proqnozuna əsasən, "App Store" və "Google Play" kimi onlayn kataloqlardan yüklənmiş mobil tətbiqlərin sayı 81 milyardı ötüb. Mobil tətbiqlərin 89 faizi mobil əməliyyat sistemlərində başlanğıc ayar kimi istifadə edilən orijinal mağazalardan yüklənib.

Tarix: 14/12/12 Ştrixkodun ixtiraçısı dünyasını dəyişib

ABŞ-da dekabrın 9-da ştrixkodun yaradıcılarından biri Jozef Vudlend 91 yaşında dünyasını dəyişib. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Vudlend Nyu-Cersi ştatında doğulub və boya-başa çatıb.

Tarix: 13/12/12 “Dropbox” musiqi xidməti yaratmağı planlaşdırır

"Bulud" fayl mübadilə xidməti “Dropbox” ehtimal ki, musiqiyə axın rejimində qulaq asmaq üçün xidmət yaratmağı planlaşdırır. Belə ki, şirkət pulsuz belə xidmət təklif edən “Audiogalaxy” startapını satın alıb. Sazişin maliyyə şərtləri haqqında məlumat yoxdur.

Tarix: 13/12/12 Erik Şmidt: “Android” mobil platformalar bazarının liderinə çevrilir”

“Android” mobil əməliyyat sisteminin mobil platformalar bazarında mövqeyi getdikcə daha da güclənir. Bu barədə “Google”-un sabiq rəhbəri və hazırda Direktorlar şurasının sədri Erik Şmidt “Bloomberg” agentliyinə verdiyi müsahibəsində bildirib.








25 Aprel 2024

24 04 2024