bölmədə 1485 material var

Tarix: 27/03/12 Burnunu sındırdı, “Apple”-ı günahlandırdı

Nyu-York ştatının 83 yaşlı sakini Evelin Pasvoll “Apple” şirkətindən 1 milyon dollar həcmində kompensasiya tələb edib. Belə ki, qadın dekabrın 13-də “iPhone” smartfonunu geri qaytarmaq üçün “Apple” şirkətinin mağazasına getməli olub. Bu zaman o, şüşə qapıya yaxınlaşdığını başa düşməyib və qapıya dəyərək burnunu sındırıb.

Tarix: 27/03/12 Məşhur oyunu 3 gün ərzində 10 milyon dəfə yükləyiblər

Populyar “Angry Birds” oyununun yeni versiyası olan “Angry Birds Space” 2012-ci il martın 22-də təqdim edildi və 3 gün ərzində yükləmələrin sayı 10 milyonu ötüb. Bu barədə layihənin “Twitter” xidmətindəki rəsmi səhifəsində məlumat verilib. Oyunun yaradıcıları pərəstişkarlarına

Tarix: 27/03/12 O, “DVD” diskləri əvəz edəcək

“IHS Screen Digest” analitik firmasının proqnozuna görə, 2012-ci ildə amerikalılar ənənəvi DVD və ya “Blu-Ray” diskləri ilə müqayisədə internet vasitəsilə axın rejimində xeyli sayda film seyr edəcəklər. “İCTnews” elektron xəbər xidməti bildirir ki, mütəxəssislərin hesablamalarına əsasən, 2011-ci ildə ABŞ sakinləri 1,4 milyard dəfə onlayn kinoya baxıblar.

Tarix: 27/03/12 İnternetdə pulu necə qazanıb necə xərcləmək olar?

İnternet yalnız əyləncə, maraqların bölüşməsi, yeni ünsiyyətlər üçün əsrarəngiz məkan deyil, bu gün o, həm də insanlara qazanc gətirə bilən əsas vasitələrdən sayılır. “Bəs internetdə necə pul qazanmaq olar” sualı üzərində düşünüb “baş sındıranlar” arasında xeyrə aparan yolu tapanlar

Tarix: 19/03/12 “Google” şirkətinin məlumat mərkəzi kanalizasiya suyu ilə soyudulur

“Google” şirkəti Corciya ştatının qərb hissəsində yerləşən məlumat mərkəzinin soyudulması üçün tualet suyundan istifadə edir. Məlumat üçün bildirim ki, “Google” korporasiyası Corciya ştatında məlumat mərkəzini 2007-ci ildə açıb və o, ilk əvvəllər şəhər sakinlərinin evlərindəki

Tarix: 17/03/12 Dünyanın ən maraqlı yerlərinə 3D tur

Şəhər panoramaları fotoaparatların obyektivlərinə köçürməkdə ad çıxarmış fotoqraflar bir müddət öncə “AirPano” qeyri-kommersiya layihəsinə start verib. Məqsəd havadan çəkiliş aparmaqla dünyanın ən maraqlı yerlərinə 3D tur təşkil etməkdir. Artıq onların aktivində 80-dən çox panorama var.

Tarix: 17/03/12 “Facebook”da ən çox rəğbət görən məşhurlar

Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook”da ən çox populyar olan məşhurların adları açıqlanıb. “Huffington Post” saytı “Facebook”da ən çox izləyici kütləsi olan və səhifələri ən çox bəyənilən şəxslərin siyahısını açıqlayıb. “Facebook”da ən çox bəyənilən səhifə 54 milyondan çox “like” toplayan məşhur reper Eminemdir.

Tarix: 17/03/12 Kağızlarda yazıları pozan çap sistemi yaradılıb

“Toshiba” şirkətinin elmi-tədqiqat bölməsi kağızlarda yazıları pozulan tonerli çap sistemi yaradıb. Yeni sistem bir kağızı bir neçə dəfə istifadə etməyə imkan verir. Kağızdan yazınının pozulması ayrıca qurğu vasitəsilə həyata keçirilir. Bu zaman xüsusi tərkibli toner yüksək temperaturda görünməz olur.

Tarix: 17/03/12 “Google Earth”ın çəkdiyi ən yaxşı şəkillər internet vasitəsi ilə seçilir

Dünyanın ən böyük virtual axtarış sistemi olan “Google”a aid “Google Earth” xidmətinin dünyanın müxtəlif yerlərindən çəkdiyi şəkillərinin arasından ən yaxşıları seçiləcək. “Stratocam” saytının başlatdığı müsabiqənin seçiciləri isə internet istifadəçiləri olacaq.

Tarix: 16/03/12 Mərkəzi Kəşfiyyat İdarəsi insanları paltaryuyan maşınlar vasitəsilə izləyə biləcək

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Devid Petreus "əşyaların interneti" erasının başlanğıcı haqqında öz fikrini bildirib. Petreusun sözlərinə görə, istənilən qurğudan (yuyucu, qabyuyan maşın və s.) insanları izləmək üçün istifadə etmək olar. "Belə qurğular MKİ üçün sadəcə göydən düşmədir”

Tarix: 16/03/12 Balacaların kompyuter qarşısında daha çox vaxt keçirməkləri üçün daha bir “bəhanə” tapıldı

Balacaların kompyuter qarşısında daha çox vaxt keçirmələri üçün daha bir “bəhanə” tapıldı. Onlar üçün bu “bəhanə”ni xoş sürprizə çevirən isə “azerbaijans.com” saytıdır. Belə ki, internet məkanında virtual bələdçisi kimi artıq öz sözünü deyən sayt yenilənməkdə davam edir.

Tarix: 16/03/12 O, fərdi kompyuterləri məhv edəcək

“Gartner” analitik şirkətinin əməkdaşları hesab edirlər ki, internetdə böyük templərlə inkişaf edən müxtəlif “bulud” xidmətlərinin populyarlığı fərdi kompyuterlərin (FK) sonunu gətirə bilər . Qeyd edilib ki, FK artıq 2 ildən sonra "köhnəlmiş qurğu" hesab edilə bilər. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə,

Tarix: 15/03/12 Məşhur İT liderini “oyuncaq”a çevirdilər

“Apple”ın əfsanəvi lideri Stiv Cobsun oyuncaqları hazırlanıb. Məhdud sayda istehsal olunacaq oyuncaq üçün artıq kolleksiyaçılar sifariş verməyə başlayıb. Qiyməti 60 dollar olan və sadəcə, 1 200 ədəd istehsal edilməsi nəzərdə tutulan “iCEO” adlı oyuncağın bu ilin avqustunda satışa çıxarılması planlaşdırılır.

Tarix: 14/03/12 “Abşeron ritmləri” filminin elektron versiyası hazırlanıb

Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə “Abşeron ritmləri” filminin elektron versiyasını hazırlayıb. Dövlət Film Fondundan verilən məlumatda bildirilir ki, layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılıb. “Abşeron ritmləri” filmi 1970-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilib.

Tarix: 14/03/12 “Google” şirkəti oriqami ustası Akira Yosidzavanın ad gününü qeyd edir

“Google” şirkəti axtarış sisteminin əsas səhifəsində yaponiyalı oriqami ustası Akira Yosidzavanın anadan olmasının 101-ci ildönümünü özünəməxsus şəkildə qeyd edir. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Google.com” saytının əsas səhifəsindəki şirkətin








29 Mart 2024

28 03 2024