bölmədə 1303 material var

Tarix: 17/12/11 “Adobe” şirkəti “Android 4.0” üçün “Flash Player 11.1” çıxarıb

“Adobe” şirkəti “Android 4.0 İce Cream Sandwich” əməliyyat sistemi ilə işləyən smartfonlar üçün “Flash Player 11.1” çıxarıb. “Flash Player”-i “Android Market”-dən yükləmək mümkündür. Təsvirə əsasən, yeni versiya hansısa bir inqilabi yeniliklərə malik deyil, lakin pleyerin işinin sabitliyinin

Tarix: 15/12/11 “Microsoft” korporasiyası “iPhone” sahiblərinə "bulud" xidmətində 25 QB yer təklif edib

“Microsoft” korporasiyası “iOS 4.0” və yuxarı əməliyyat sistemi ilə işləyən “iPhone”, “iPad” və “iPod touch” üçün “SkyDrive” əlavəsini çıxarıb. Proqram “SkyDrive” "bulud" xidmətində “anbar”a 25 QB tutumunda giriş verir. Bunun üçün “SkyDrive” xidmətində hesab açmaq lazımdır.

Tarix: 15/12/11 “iOS” və “Android” əməliyyat sistemləri ABŞ-da smartfon bazarının 82%-nə nəzarət edir

“Android” və “iOS” əməliyyat sistemləri ABŞ-da smartfon bazarının 82%-nə nəzarət edirlər. “NPD Group” analitikləri 2011-ci ilin ilk 9 ayının nəticəsinə görə bu qənaətə gəliblər. “Android” əməliyyat sistemi ilə işləyən smartfonların payı 53% təşkil edir.

Tarix: 14/12/11 “Android” tənqidçilərinə hədiyyə kimi “Windows” smartfonları söz verilib

“Windows Phone” mobil əməliyyat sisteminin qızğın tərəfdarı Ben Rudolf “Twitter” vasitəsilə “Android” platformasına qarşı aksiyaya başlayıb.Dərc edilmiş xəbərdə o, “Android” üçün ziyanverici proqram təminatının qurbanı olması haqqında ən yaxşı tvitlər yazan istifadəçilərə hədiyyə kimi “Windows” smartfonları söz verib.

Tarix: 13/12/11 “Microsoft” korporasiyası “iPad” planşeti üçün “OneNote” ofis əlavəsini çıxarıb

“Microsoft” korporasiyası bu gün “iPad” planşeti üçün nəzərdə tutulmuş öz ofis əlavələrinin ilk variantlarını çıxarıb. İlk əlavə qeydlərlə iş və layihələri idarə etmək üçün “OneNote” paketi olub. “Microsoft”-dan bildirirlər ki, “OneNote” – bu, “iOS” əməliyyat sistemində işləyən hələlik yeganə əlavədir.

Tarix: 12/12/11 Məşhur əməliyyat sistemi lisenziyasız təqdim olunacaq

“HP” şirkətinin icraçı direktoru Meq Uitman bu yaxınlarda “webOS” əməliyyat sisteminin gələcəyi ilə bağlı “HP” rəhbərlərinin qərarı haqqında məlumat verib. Xanım Uitmanın “HP” əməkdaşlarına olan məktubunda qeyd edilib ki, şirkət “webOS” əməliyyat sisteminin kodunu açıq lisenziya altında əlçatan edəcək.

Tarix: 07/12/11 “Microsoft” korporasiyası “Windows 8” üçün proqram mağazası haqqında məlumat verib (VİDOE)

“Microsoft” korporasiyası yeni “Windows Store” proqramlar mağazasının test edilməsinə “Windows 8” əməliyyat sisteminin beta-versiyasının çıxması ilə eyni anda başlayacaq. “Microsoft”-dan bildiriblər ki, “Windows 8” konsepsiyasına uyğun olan “Windows Store” interfeysi proqramlar kataloqu üzrə

Tarix: 07/12/11 “Windows 8” əməliyyat sisteminin beta-versiyası 2012-ci ilin fevral ayında çıxacaq

“Microsoft” korporasiyası “Windows 8” əməliyyat sisteminin beta-versiyasını gələn ilin fevral ayında çıxaracaq,- “The Verge” rəsmi mənbəyə istinadən bildirib. Qeyd edək ki, “Windows 8” əməliyyat sistemini yalnız adi kompyuterlərə deyil, həm də planşet və “ARM”

Tarix: 02/12/11 “Android 4.0” kompyuterlərdə də işləyəcək

“Google” şirkəti “Android 4.0.1” versiyasının mənbə kodunu “x86” tipli kompyuter arxitekturası üçün açıb. Bu barədə “5to5Google” bloqunda bildirilib. Beləliklə, əməliyyat sistemini “İntel” və ya “AMD” prosessorları əsasında olan kompyuter, noutbuk və planşetlərə yükləmək mümkün olacaq.

Tarix: 02/12/11 Bəzi “Android” smartfonları haker hücumlarına meyillidirlər

Şimali Karolina (ABŞ) ştatında yerləşən universitetin mütəxəssisləri xəbərdarlıq ediblər ki, bəzi “Android” smartfonlarında olan əlavələr hakerlərin xeyrinədir. Tədqiqatçılar 8 smartfonu test ediblər. Onlardan 2-si əlavələrin (proqram) baza dəstinə, digərləri isə əlavə proqramlar

Tarix: 30/11/11 Microsoft iPad üçün Office paketi təqdim edəcək

Veb mənbələrin məlumatına əsasən, Microsoft korporasiyası Apple iPad planşet kompyuterləri üçün ofis paketini çıxaracaq. Müxtəlif hesablamalara əsasən, hal-hazırda iPad planşet bazarının 70-80%-ni tutur. Microsoft Office paketi isə redmond korporasiyanın əsas gəlir mənbələrindən biridir.

Tarix: 23/11/11 “ASUS Transformer Prime” planşetində “Android 4.0” əməliyyat sistemi quraşdırılıb (VİDEO)

“NVİDİA” şirkəti dərc etdiyi videoda “ASUS Eee Pad Transformer Prime” planşetində quraşdırılmış “Android 4.0” əməliyyat sistemini təqdim edilib, - “Android Community” bildirib. 1 dəqiqə yarım müddətində olan çarxda interfeyslə işin bəzi xüsusiyyətləri göstərilib, həmçinin video və oyun işə salınıb.

Tarix: 22/11/11 “Windows 8” çox sadə olacaq

“Microsoft” korporasiyasından tərtibatçılar “Windows 8” əməliyyat sisteminin quraşdırılmasını maksimal dərəcədə sadə etməyə söz veriblər. Ən yaxşı halda sistemin təklif etdiyi seçimlərlə razılaşaraq sadəcə 11 dəfə klik etmək lazım olacaq. Bununla belə daha təcrübəli istifadəçilər əvvəlki kimi quraşdırma prosesini öz

Tarix: 22/11/11 Android 4.0 mobil Flash texnologiyasını dəstəkləyən son əməliyyat sistemi olacaq

Flash texnologiyasının Android əməliyyat sisteminin vizit kartlarından biri olmasına baxmayaraq, Android 4.0 Ice Cream Sandwich sisteminin istifadəçiləri onu ən azı 1 ay da gözləməli olacaqlar. Android 4.0 üçün Flash texnologiyası nə Android Market-də, nə də yeni smartfonlarda mövcud olmayacaq.

Tarix: 21/11/11 Azərbaycan məktəblərində yeni kompüter proqramları tətbiq olunacaq

Azərbaycandakı müəllimlər və şagirdlər «Microsoft» korporasiyasının təhsil üçün hazırladığı proqram məhsullarından yararlana biləcək. İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, Azərbaycanın təhsil sistemində riyaziyyat («MS Mathematics»), kimya («MS Chemistry») və astronomiya («MS Worldwide Telescope»)








29 Mart 2024

28 03 2024