bölmədə 1485 material var

Tarix: 05/01/12 Barak Obama şəkillərini şəxsi hesabı vasitəsi ilə yayacaq

Amerika prezidenti Barak Obama şəkillərlə mübadilə üçün nəzərdə tutulmuş “İnstagram” xidmətində hesab açıb. Artıq Barak Obamanın 11 mindən çox abunəçisi var. “İnstagram” nümayəndələrinin sözlərinə əsasən, son zamanlar xidmətdə tanınmış siyasətçilər qeydiyyat olur.

Tarix: 05/01/12 Amerikalı gənclərin 75%-i kompyuter piratlığını dəstəkləyirlər

ABŞ-da keçirilmiş sorğunun nəticəsinə əsasən, 18 yaşına qədər olan amerikalıların 75%-i və 18-29 yaş aralığında olan amerikalıların 46%-i kompyuter piratlığını normal hesab edirlər. Qeyri-dövlət təşkilatı olan “The American Assembly” tərəfindən hazırlanmış sənəddə bildirilir ki, müxtəlif qanuni xidmətlər piratlığın səviyyəsini aşağı sala bilər.

Tarix: 29/12/11 “Samsung”un planşet və smartfonun hibridi olan məhsuluna tələbat artıb

“Samsung” şirkətinin 1 milyon “Galaxy Note” nüsxəsini tədarük etməsinə 2 ay vaxt lazım olub. “Galaxy Note” smartfon və planşetin hibrididir. “Samsung” şirkətindən bildiriblər ki, 1 milyon Avropa və Asiyaya tədarük edilib, belə ki, ABŞ-da “Galaxy Note” hələ satılmır.

Tarix: 29/12/11 Amerikalılar bayram qabağı onlayn alqı-satqıya 35,3 milyard dollar pul xərcləyiblər

Ağır iqtisadi vəziyyət bayram dövründə ABŞ sakinlərinin internetdəki xərclərinə mənfi təsir göstərməyib. “ComScore” şirkətinin yeni hesabatına əsasən, 1 noyabr tarixindən 26 dekabr tarixinə olan dövrdə ABŞ istehlakçıları internetdə artıq 35.3 milyard dollar pul xərcləyiblər.

Tarix: 29/12/11 Məktəbli “eBay” vasitəsilə gitaraçını aldadıb

Amerikanın “Mastodon” qrupunun gitara çalanı Bill Kelliher iddia edir ki, alman məktəblisi “eBay” internet-hərracı vasitəsilə onu aldadıb. Musiqiçi bildirib ki, o öz gitarasını satışa qoyub. Onu alman məktəblisi 975 avroya alıb. Lakin məktəbli alətin xoşuna gəlmədiyini əsas gətirərək tezliklə pulu geri tələb edib.

Tarix: 28/12/11 “Twitter”də 340 min dollarlıq hesab

ABŞ-da populyar olan “PhoneDog” xəbərlər saytı öz keçmiş işçisini məhkəməyə verib və onu “Twitter” sosial şəbəkəsində hesab oğurluğuna görə ittiham edib. “Noa Kravits PhoneDog” portalında 4 il işlədikdən sonra çıxıb. Bütün bu vaxt ərzində o, “@Phonedog_Noah” korporativ “Twitter” hesabının sahibi olub və bu 4 il ərzində hesab

Tarix: 28/12/11 Mark Zukerberq öküz “sürdü”

Dünyanın ən böyük sosial şəbəkəsinin banisi bayramqabağı istirahət üçün qeyri-adi ölkə seçib. “The Wall Street Journal” bildirib ki, Mark Zukerberq son bir neçə günü dostları ilə birlikdə Vyetnamda keçirib. Məlumat üçün qeyd edək ki, “Facebook” və digər sosial şəbəkələrdən istifadə Vyetnamda qadağandır.

Tarix: 28/12/11 4 min dollar dəyərində noutbuk

Yaponiyanın “Mouse Computer” şirkəti məhsuldar “i950PA5-SP” noutbukunu təqdim edib. Noutbuk 17,3 düymlü “Full HD” kəskinlikli ekranla təchiz olunub və qiyməti 300 min yen (təxminən $3900) təşkil edəcək. Leptopu yalnız Yaponiyada almaq mümkündür. “Mouse Computer i950PA5-SP” noutbuku “İntel Core i7-2960XM” prosessoruna əsaslanır.

Tarix: 27/12/11 Amerikalı girovu “Facebook” sayəsində xilas ediblər

Solt-Leyk-Siti sakinini 1 yarım yaşında uşağı ilə birlikdə “Facebook” şəbəkəsində yazılmış mesaj əsasında xilas ediblər,- “AP” yazıb. Onlar 5 gün ərzində şəxsi mənzillərində girov saxlanılıblar. Onları saxlayan isə 33 yaşlı Troy Kritçfild idi. O, 5 gün ərzində qadını döyüb və onun kömək çağıra bilməməsi üçün mobil telefonları götürüb.

Tarix: 27/12/11 Piter Çati 2012-ci il üçün proqnoz verdi

“Sorenson Media” şirkətinin prezidenti və icraçı direktoru Piter Çati televiziya və onlayn video bazarının inkişafı haqqında fikirlərini bölüşüb. Qeyd edək ki, “Sorenson Media” şirkəti kodeklərin hazırlanması ilə məşğuldur. Cənab Çatinin fikrincə, 2012-ci ildə "ağıllı" “Apple” televizorunun yaranmasını gözləmək olar.

Tarix: 27/12/11 “LG” şirkəti yeni “3D” eynək və “3D” televizor hazırlayır

“LG Electronics” şirkəti 2012-ci ilin ilk rübündə stereoskopik təsvirə baxmaq üçün yeni eynək modelləri istehsal etməyi planlaşdırır. İstifadəsi daha rahat olan “F310”, “F320” və “F360” eynəklərinin tezliklə satışa çıxarılacağı bildirilib. “F310” eynəyi nazik çərçivəyə malikdir, linzaların əyilmiş forması “3D” təsvirin qəbul olunmasını yaxşılaşdırır.

Tarix: 26/12/11 Stiv Cobsun doğum gününə töhfə

“Apple” şirkəti “iPad 3” planşetini Stiv Cobsun ad gününə qədər istehsal etmək niyyətindədir. Planşeti istehsal edən şirkət əməkdaşlarının iş vaxtından artıq işlədikləri iddia edilir. Lazımi sayda komponent istehsal etmək üçün onlar, hətta bayram günlərində də çalışacaqlar.

Tarix: 26/12/11 JXD S7100: Oyun həvəskarları üçün Android-planşet (VİDEO)

JinXing Digital (JXD) şirkəti 7 düymlü diaqonala malik sensor ekranla təchiz edilmiş S7100 planşetini təqdim edib. Qurğu hər şeydən əvvəl oyun həvəskarları üçün nəzərdə tutulub. Ekranın sağ və sol tərəflərində oyun kontrollerləri və idarə etmə düymələri yerləşib.

Tarix: 23/12/11 Kameralar tədricən smartfonlar tərəfindən sıxışdırılıb çıxardılır

“NPD Group” şirkətinin məlumatına əsasən, rəqəmli kameralar tədricən smartfonlar tərəfindən sıxışdırılıb çıxardılır. Belə ki, istifadəçilər məhz çəkilişlər üçün daha tez-tez "ağıllı telefon"lardan istifadə etməyə başlayıblar. Keçən illə müqayisədə smartfon vasitəsi ilə çəkilmiş şəkillərin payı 17%-dən 27%-ə qədər artıb.

Tarix: 23/12/11 ABŞ-ın ən böyük nəşriyyatlarından biri jurnalistlər üçün minlərlə “iPhone” və “iPad” alıb

Amerikanın ən böyük nəşriyyatlarından biri olan “Gannett Co.” minlərlə “iPhone 4S”, “iPad 2” və netbuk, həmçinin bir çox müxtəlif aksessuarlar alıb. Şirkətin rəhbərliyi avadanlığı öz jurnalistlərinə paylamaq istəyir ki, onlar hadisə yerindən operativ olaraq material hazırlaya bilsinlər.








19 Aprel 2024

18 04 2024